25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Şeydayev və Quliyevin komandası Avropa çempionatının yarımfinalında!

Yunanıstanda 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən Avropa çempionatında qrup mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, “Ölüm qrupu” adlanan “B” qrupunda yarışan komandaların hamısı yekunda eyni xal (4) toplayıb. Son turda Rusiya Almaniya ilə 2:2-lik, İspaniya isə Hollandiya ilə 1:1-lik heç-heçəyə nail olub. Bu nəticə ilə Rusiya yığması qrupu lider kim başa vurub. İspaniya isə ikinci yeri tutaraq, yarımfinala adlayıb.

Almaniya ilə görüşdə Rusiya millisinin hər iki azərbaycanlı futbolçusu - Ramil Şeydayev və Ayaz Quliyev 90 dəqiqə meydanda olub. Ötən tur İspaniyanın qapısına yol tapan Şeydayev, bu dəfə sarı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, yarımfinalda Rusiya meydan sahibi Yunanıstanla, Fransa isə İspaniya ilə üz-üzə gələcək. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30