29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin əvəzediciləri ənənəni qırdı

 

İlk dəfə 16 il əvvəl start götürən, lakin yalnız 2008-ci ildən ənənəvi hal alan əvəzedicilərin çempionatında qalib gələn “Bakı” tarixində 2-ci dəfə yarışın qalibi oldu. Futbolxeber.az-ın məlumatına görə, bununla da paytaxtın eyniadlı təmsilçisi “Neftçi”nin ikiqat çempionluğunu təkrarladı.

2-ci olan “Simurq” isə ilk dəfə əvəzedicilərin yarışında mükafatçılar sırasına düşdü. Zaqatalalılar mükafat qazanan 9-cu komanda oldu.

Bürünc medalı son oyundakı qələbə ilə qazanan “Neftçi” 4-cü dəfə “üçlüy”ə düşməklə hərəyə 3 medalı olan “Bakı” və “Qəbələ”ni arxada qoydu. “Ağ-qaralar” çempionların uğursuzluq ənənəsini qırdı. Belə ki, bunadək hər dəfə çempion növbəti mövsümdə ilk “üçlük”dən uzaq düşürdü. Bakılılar isə ötənilki çempionluğu bu dəfə bürünclə əvəzlədi.  Bununla da ardıcıl 3 dəfə mükafat qazanan “Qəbələ”nin rekorduna yaxınlaşdı.

AZƏRBAYCAN ÇEMPİONATLARI

mövsüm

çempion

II yer

III yer

1997/98

OİK (Bakı)

Neftçi (Bakı)

Kəpəz (Gəncə)

2008/09

Neftçi (Bakı)

Qarabağ (Ağdam

Bakı

2009/10

Qarabağ Ağdam

İnter (Bakı)

Qəbələ

2010/11

Bakı

Turan (Tovuz)

Qəbələ

2011/12

Neftçi (Bakı)

Qəbələ

İnter (Bakı)

2012/12

Bakı

Simurq (Zaqatala)

Neftçi (Bakı)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31