23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurban Qurbanov: “Narahatçılıq həmişə olur, xüsusilə də standart vəziyyətlər zamanı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- İlk olaraq, “Qarabağ”ın Avstriyadakı təlim-məşq toplanışındakı oyunları haqqında fikirləriniz bilmək istərdik. Komandanın oyunundan nə dərəcədə razı qaldınız?
- Toplanış pis keçmədi. İlk vaxtlar bir problemlər yaşadıq. Milli komandanın futbolçuları toplanışa bir az gec qoşuldu deyə heyət 2 yerə bölünmüşdü. U-21 yığmasının oyunçularına bəzi məşqlərdə istirahət verdik. Çalışırıq ki, bəzi futbolçuların güclərini qoruyaq. Belə ümumi götürsək hazırlıqlarımız normal davam edir. 

- Leroy Corc, Muarem Muarem və Vüqar Nadirov kimi futbolçuların komandadan ayrılması sizə çətinlik yaradacaqmı? Ümumiyyətlə, yeni gələn futbolçular adıçəkilənləri nə dərəcədə əvəz edəcək?
- Onların hər biri bizim üçün vacib futbolçular idi. Ola bilsin ki, yeni gələnlər uyğunlaşma ilə bağlı müəyyən problemlər yaşaya. Əgər həmin futbolçular komandada yoxdusa, biz tez bir zamanda yeni gələnlərin komandaya uyğunlaşmasına çalışmalıyıq. 

- Komandadan gedən bu 3 futbolçuunun maliyyə məsələlərinə görə ayrıldığı deyilir. “Qarabağ”ın büdcəsi azaldılıb, ya klub siyasətini dəyişib?
- Hər bir futbolçu ilə klub arasında danışıqlar olur. Biz təklifimizi bildiririk, futbolçular da öz təklifini edir. Burda tək maliyyə məsələsi ilə əlaqələndirmək olmaz. Muarrem Türkiyə Superliqasına getdi. İnanmıram ki, burada maliyyə məsələsi önəmli rol oynasın. Düzdü, ola bilər ki, Türkiyədə daha sərfəli şərtlərlə oynasın. Bizim üçün də xoşdu ki, komandamızdan ayrılan futbolçu Türrkiyə çempionatında çıxış edəcək. Leroya da təklifimizi etmişdik. O, karyerasında bir az dəyişiklik etmişdi. Vüqar isə daha çox oynamaq istədiyinə görə komandadan ayrıldı. Hər bir oyunçunun qərarına hörmətlə yanaşırıq. Futbolçular komandada çıxış etdiyi müddətdə onun imkanlarından maksimum dərəcədə istifadə etməyə çalışırıq və bacardığımız qədər öz məsləhətlərmizi veririk. Onların da borcudu ki, komandalarını layiqincə təmsil etsinlər. Onlarla bağlı aramızda problem yaşandığını düşünmürəm. Hətta hər 3 futbolçu komandadan ayrılanda biz çalışırdıq ki, onlar üçün də hər şey yaxşı olsun.

- Danilo Diasın heyətdən kənar qalmasına səbəb nədi?
- Dias hazırda transferə çıxarılıb. O, əvəzedici komandamızda məşq edir. Burada legioner limitini də nəzərə almışıq. Düzdü, deyə bilərlər ki, ondan avrokuboklarda yararlanmaq olardı. Ancaq biz istəyirik ki, gələn mövsüm Azərbaycan çempionatında çıxış edəcək heyəti indidən komplektləşdirək. Başqa komandaya transferi alınacaq ya yox, buna özü qərar verməlidi. 

- Əgər Dias əvəzedici komandada özünü yaxşı tərəfdən göstərə bilsə, yenidən onun xidmətindən yararlanmaq fikriniz varmı?
- Xeyr, onu yenidən geri qaytarmaq haqda düşünmürəm. Çünki biz onun çıxış etdiyi mövqeyə Elvin Məmmədovu transfer etmişik. Daha çox yerlilərə üstünlük verdik ki, növbəti mövsüm limitlə bağlı problem yaşamayaq. Ona görə də Diasın komandaya yenidən qayıdacağını düşünmürəm. 

- Çümbinyonun zədəsi ilə maraqlanmaq istərdik. O, nə vaxtdan komandaya qoşulacaq?
- Təxminən 2 aydan sonra meydana çıxmaq ehtimalı var. Hələ ki, fərdi şəkildə məşq edir. 1 aydan sonra komandaya qoşulacaq. 

- “Rudar”la matça 24 saat qalmışadək daha 1 futbolçunun adını iştirak ərizəsinə sala bilərsiniz. Ümumiyyətlə, yeni transfer olacaqmı? Deyilənə görə hollandiyalı futbolçu Raydell Pupo ilə danışıqlar gedir...
- Belə çox məlumat verə bilərik. Bir çox ölkədən olan futbolçularla danışıqlar aparırıq. Yeni futbolçumuz Hollandiyadan da ola bilər, Belçikadan da. Hələ ki, ortada real bir şey yoxdu.Avstriyada oldğumuz vaxtdan bir çox futbolçularla danışıqlar aparırıq. Komandada daha bir hücumçunun olmasını istəyərəm və fikrim var ki, daha bir hücumameyilli futbolçu dəvət edim. Ancaq əfsuslar olsun ki, hər şey bizdən asılı deyil. 

- Belə çıxır ki, “Rudar”la matçda komandada yeni futbolçu olmayacaq...
- Yəqin ki, razılıq əldə olunsa, belə “Rudar”la matça çatmayacaq. Hətta çatsa belə, onun oynamaq ehtimalı sıfıra bərabərdi. Yeni futbolçunun hansı formada olacağını biz deyə bilmərik. 

- “Rudar”ın hazırlıq matçlarını izləmisinizmi? 
- Bəli, köməkçim Elçin Rəhmanovu rəqibin Serbiyadakı yoxlama oyununa göndərmişdim. Heyətlərində 5 yeni futbolçu var. Bacardığımız qədər məlumat əldə etməyə çalışırıq. Amma onları Bakıdakı ilk görüşdən sonra daha yaxından tanımaq imkanımız olacaq. “Rudar”ın matçlarından ibarət diskləri əldə etmişik, “Mordoviya”ya qarşı görüşlərini izləmişəm. Rəqib futbolçuların potensialını öyrənirik.Heyətində bəzi dəyişiklilər olduğuna görə rəqibi tam tanıya bilməmişik. İstənilən halda Bakıdakı ilk qarşılaşmadan sonra rəqibi daha yaxşı öyrənəcəyik. Hətta ola bilsin, oyunun gedişində hər hansı bir dəyişikliklər etdik. 

- “Neftçi” Avropa Liqasının ilkin təsnifat mərhələsində Çernoqoriyanın digər bir təmsilçisi olan “Mladost”da uduzdu. Artıq azarkeşlər “Qarabağ”dan ikiqat əzmkarlıq gözləyir. 
- Açığı “Neftçi”yə görə çox pis oldum. Komandanın qalib gəlməsini istəyirdim. Hər iki matçın son dəqiqələrində qol buraxmasından sonra gənc futbolçuların yerdə yıxılıb, qalması mənə çox pis təsir etdi. “Neftçi” çox istəyirdi ki, mərhələni keçsin. Düşünürəm ki, əgər bu istək varsa, qarşıdakı matçlarda yaxşı nəticələr əldə edəcəklər. Amma məncə, hərə üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışmalıdı. Futbolda kiminsə qisasını almaq düzgün çıxmır. Futbol elə bir oyundu ki, qisas almasaq necə olacaq? Futbolçular başa düşür ki, biz hər il çempion olmaya da bilərik, Çempionlar Liqasında iştirak etməyə də bilərik. İndi bir şansdı əlimizə düşüb. Bütün futbolçular da bunu dərk edir. Ona görə də bu turnirə xüsusi hazırlaşırlar. Çox istəyərdim ki, komandanı daha da çox komplektləşdirək. Sadəcə, dediyim kimi bizdən asılı olmayan bəzi problemlər var. Amma buna baxmayaraq, çalışacağıq ki, layiqincə çıxış edək. 

- Hazırda, komandada sizi daha çox narhat edən nədi? Hansı çatışmazlıqlar var?
- Heyətdə olan futbolçular çox əzmlə çalışırlar. Bu da bəzi problemlərin qarşısını alır. Ona görə də heç bir problemləri düşünmürəm. Problem demək istəməzdim, amma heyətdə bir neçə futboçu da olsaydı, daha yaxşı olardı. Düşünürəm ki, etdiyimiz transferlər yaxşıdı. Hər birinə inanıram, güvənirəm. Ən başılca məqam odu ki, hamı çox istəklidi və çox yaxşı hazırlaşır.

- “Qarabağ” Avstriya toplanışı çərçivəsində keçirdiyi yoxlama matçlarında çoxlu qollar buraxdı. Əsasən, standart vəziyyətlər zamanı çatşmazlıqlar hiss olunur. “Rudar” futbolçuları isə ucaboydu...
- Narahatçılıq həmişə olur, xüsusilə də standart vəziyyətlər zamanı. Biz bu tip rəqiblərə qarşı çox oynamışıq və əksər vaxt da qarşısını almağı bacarmışıq. Çalışmışıq ki, daha az sayda standart vəziyyətlər yaransın. İndi yenə də çalışacağıq ki, rəqibi qapımızdan uzaq saxlayaq və qapımıza standart vəziyyətlər az təyin olunsun. 

- Fiziki hazırlıq üzrə məşqçi Çudomir Çakaorv səhəttində yaranmış problemə görə komandadan ayrılıb. Onun vəzifəsini Ruben Selles yerinə yetirir. Necə düşünürsünüz, Selles Çakarovun yoxluğunu unutdura bildimi?
- Biz Rubeni onun yerinə götürməmişik. Sadəcə, futbolçularda o qədər problem çıxırdı ki, 1 nəfər bütün işlərin öhdəsindən gələ bilmirdi. Ona görə də Çudomirlə mən Selleslə danışdıq, onun işinə, biliyinə bələd olduq. İyulun 22-də cavab matçından sonra Çudomir də bizimlə birlikdə olacaq və işinə davam edəcək, bizimlə müqaviləsi var. O, mənim çox layiqli köməkçilərimdən biridi.

Mənbə: futbolinfo.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30