19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Çukariçki”nin müdafiəçisi: “Evdə quru hesabla qələbə qazanmalıyıq”

“Qəbələ” yaxşı futbolçulardan qurulmuş güclü komandadı”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Çukariçki” klubunun müdafiəçisi Rayko Brezançiç deyib.

Avropa Liqasının I təsnifat mərhələsində “Domjale” (Sloveniya) üzərində (1:0, 0:0) qələbə qazanan Serbiya klubu II mərhələdə “Qəbələ” ilə qarşılaşacaq.

“Çukariçki”nin 26 yaşlı futbolçusu cütün taleyini Serbiyada keçiriləcək ilk görüşdə həll etmək niyyətində olduqlarını bildirib: “Domjale” yaxşı rəqib idi, ancaq onlar şansları əldən verdilər. Əsas odu ki, biz onlarla hər iki görüşdə qol buraxmadıq. Artıq növbəti rəqibimiz “Qəbələ” ilə oyunun hazırlığına başlamışıq. Bu komanda haqda geniş məlumatım yoxdu. Amma onu dəqiq bilirəm ki, “Qəbələ”nin yüksək səviyyəli futbolçuları var. İlk görüşü evdə keçirməyimiz düşünmürəm ki, bizim üçün mənfi haldı. Cavab görüşünə rahat yollanmaq və Azərbaycanda meydançaya üstün çıxmaq üçün evdə rəqibi quru hesabla məğlub etməliyik”.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 16-da Serbiyada keçiriləcək.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30