16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Rudar”la oyunun hakimi 8 il əvvəl “Qarabağ”ın futbolçusunu meydandan qovub

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Rudar" matçını rumıniyalı Sebastyan Koltesku idarə edəcək. Futbolxeber.az-ın məlumatına görə, 38 yaşlı referi artıq 9 ildir ki FİFA hakimi statusunu daşıyır. Lakin 9 il əzində Koltesku avrokuboklarda cəmi 6 oyun idarə edib.

Onun yolu klublarımızla kəsişməsə də, 8 il əvvəl 21 yaşadək futbolçulardan ibarət yığmamızın oyununu idarə edib. Söhbət 2007-ci ilin 11 sentyabrında seçmə mərhələ çərçivəsində Xorvatiyaya qarşı baş tutan görüşdən gedir. Həmin matç xorvatların 3:2 hesablı qələbəsi ilə tamamlanıb. O oyunda U-21-in həmin vaxtkı baş məşqçisi Şakir Qəribovun meydana start heyətində buraxdığı futbolçular arasında hazırda “Qarabağ”ın formasını geyən Namiq Yusifov da olub. 14 nömrəli forma ilə meydana çıxan Yusifov 67 və 70-ci dəqiqələrdə sarı vərəqə almaqla meydandan qovulub.  Maraq üçün qeyd edək ki, həmin oyunda millimizin hər iki qolunu Asif Məmmədov vurub. Ruslan Abışov isə avtoqol müəllifi olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30