25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Zirə” ispaniyalı futbolçu ilə müqavilə bağladı

Premyer Liqaya hazırlığı davam etdirən “Zirə” daha bir futbolçu ilə müqavilə imzalayıb. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı Luiz Alberto Diez Okerin karyerasını “Zirə”də davam etdirəcək. “Tato” ləqəbli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 1992-ci il iyulun 9-da Santanderdə dünyaya gələn Luiz Alberto məhz doğum günündə “qartal” oldu. Tato tibbi müayinədən keçdikdən sonra müqaviləyə imza atıb.

Luiz Alberto Diez Okerin futbolda ilk addımlarını elə Santanderi təmsil edən “Rasinq”də atıb. 2009-cu ildə klubun “B” komandasına cəlb olunan pleymeyker 2 il sonra əsas komandada da çıxış edib. 2013-cü ildə “Rasinq”dən “Sestao”ya keçən Tato bir il sonra Xixon təmsilçisi “Sportinq”lə müqavilə bağlayıb.  O, ötən mövsüm “Sportinq”in heyətində Sequndanın B seriyasında 29 oyunda meydana çıxıb və 3 qola imza atıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30