24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Roman Qriqorçuk: “Biz “Dinamo”dan güclü idik”

"Qələbə qazandığımız üçün çox şadam. Bunu sözlə ifadə etmək kifayət etmir. Komandamız rəqibdən yaxşı oynadı". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsində Tiflis "Dinamo"suna 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəldikləri matçdan sonra deyib.

"Bu görüş bizim üçün psixoloji cəhətdən çətin idi. Düzgün analiz nəticəsində doğru qərar çıxardıq və qələbə qazandıq. Düzdür, oyunun sonunda qol vurduq, buna baxmayaraq, biz rəqibdən güclü idik" - deyə o bildirib.

O, Qəbələdə Gürcüstan bayrağının yandırılmasına da münasibət bildirib. Ukraynalı mütəxəssis deyib ki, bu hərəkət təxribat xarakterli idi: "Belə hadisələrə pis yanaşıram. Bu da xalqın, klubun mövqeyi deyil. Bu cür hərəkət edən insanlar cəmiyyətdən uzaqlaşdırılmalıdır".

R.Qriqorçuk hər futbolçunun oyuna yanaşma tərzi fərqli olduğunu bildirib: "Bunların hər birini də nəzərə aldıq. Ümumi nəticəyə gəldik və qələbə qazandıq".

O, Rəşad Sadiqov oyunun ən yaxşılarından biri olduğunu söyləyib: "Düşünmürəm ki, o, zəif oynayıb. Standart vəziyyətlərdən yararlana bilmirik. Ancaq bu, o demək deyil ki, biz xüsusi olaraq standart vəziyyətlər üçün oyunçu transfer edək. Bu, komanda işidir".

Mənbə: qol.az

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30