25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Aleksandr İaşvili: “Meydanda dostluq olmur”

Tiflis “Dinamo”sunun hücumçusu Aleksandr İaşvili Futbolxeber.az saytının Qəbələyə ezam olunmuş əməkdaşına müsahibə verib.

- Sabah Avroliqanın I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qəbələ” ilə qarşılaşacaqsınız. Görüş barədə nə deyə bilərsiniz?

- Çətin oyun olacaq. Ümid edirik ki, öz futbolumuzu göstərəcyik. Qalan hər şey də meydanda həll olunacaq. Uğur qazanacağımıza inanırıq.

- Daha əvvəl də bu meydanda oynamısınız. Bunu sizin üçün üstünlük hesab etmək olar?

- Həqiqətən də “İnter”in heyətində bu meydanda oynamışam. Həmin futbolçularla bu gün də münasibətim var. Amma bu futboldur. Indi əsas sabahkı oyundur və diqqətimizi qarşıdakı oyuna yönəltmişik. Həm “Dinamo”, həm də “Qəbələ” qələbəyə oynayacaq. Meydanda dostluq olmur. Bu, futbol baxımından yaxşıdır. Sabahkı matç 90 dəqiqə də davam edə bilər, 120 dəqiqə də.

- Sabahkı görüşdə qolsuz heç-heçə sizi qane edir?

- Biz öz oyunumuzu sərgiləməyə çalışacağıq. Futbolda müdafiə olunmaq hər zaman uğur gətirmir.

- Baş məşqçiniz Gia Qequçadze ilk oyundan öncə bildirmişdi ki, siz 90 dəqiqə oynamağa hazır deyilsiz və ilk oyunda sonradan meydana daxil oldunuz. Sabah sizi start heyətində görə biləcəyik?

- Bilmirəm. Buna baş məşqçi qərar verəcək. Əsas meydana mənim çıxmağım yox, komandamın uğur qazanmasıdır.

- “Qəbələ”nin əsas üstünlüyünü nədir?

- Bu haqda nəsə deyə bilmərəm. Çünki məni “Qəbələ”nin yox, öz komandamın üstünlükləri maraqlandırır.

- Amma “Qəbələ”yə qarşı oynayacaqsız...

- Təbii ki, “Qəbələ”yə qarşı oynayacağıq. Amma əsas odur ki, istədiyimiz oyunu göstərək. Bunu bacarsaq, nəticə də olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30