20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İnter” Azərbaycana buraxılmayan futbolçusu ilə bağlı bəyanat yaydı

“İnter”in bəyanat yayıb. Futbolxeber.az klubun rəsmi saytında yer alan bəyanatı təqdim edir:  

- İyulun 9-da "İnter" UEFA Avropa Liqasının birinci mərhələsi çərçivəsində Albaniyanın "Laçi" komandasını qəbul edəcək.

Albaniya təmsilçisi artıq Bakıdadır və sabah saat 21.00-da qarşılaşma baş tutacaq. Ancaq bu gün bəzi elektron informasiya saytlarında belə bir məlumat yayılmışdır ki, guya Albaniyanın kosovalı futbolçusu Argend Mustafa Azərbaycana buraxılmamışdır. "İnter" PİK-in rəhbərliyi bəyan edir ki, Azərbaycan Respublikasının Kosovanı müstəqil dövlət kimi tanımadığına görə adı çəkilən futbolçuya viza verilməsinin mümkün olmayacağı barədə "Laçi" klubunun rəhbərliyinə rəsmi məlumat göndərmişdi. Bəzi saytlarda qeyd edildiyi kimi, "Laçi" klubunun rəhbərliyi Argend Mustafanın Azərbaycana buraxılmayacağı xəbərini İstanbul hava limanında almamışdır.

Qeyd edək ki, AFFA kosovalı futbolçu ilə bağlı UEFA-nı da məlumatlandırmışdır. "İnter"PİK-in rəhbərliyi bəyan edir ki, qonaq komandanın Azərbaycana gəlməsi üçün zəruri olan bütün tələbləri yerinə yetirmişdir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30