26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Bakı” Premyer Liqada qala bilməz ki?.. YAZI

HAQQI TAPDALANANIN HAQQININ QAYTARILMASI HAQSIZLIQ DEYİL!

Dünən Futbolxeber.az saytında “Bakı” Premyer Liqada qalır” başlıqlı xəbər getdi. Əslində, son günlər başqa bir saytda da bununla bağlı xəbər yer almışdı. Amma təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki məsələ məhz dünən gecədən geniş şəkildə müzakirəyə çıxarılıb. Buna sevinənlər də var, etiraz edənlər də. Ortada hələ ki rəsmi heç nə yoxdur. Lakin indidən gərgin müzakirələr başlayıb.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev belə, xəbəri təkzib edib. Ramin müəllim öz işinin peşəkarıdır. Gördüyü iş də göz önündədir. Bu gün PFL çempionatı, kuboku çox yüksək səviyyədə keçirir. Bu quruma qarşı hər hansı bir narazılıq yoxdur. Dəfələrlə demişəm, bir daha təkrar edirəm – bu gün Azərbaycanda PFL-i idarə etmək üçün Ramin Musayevdən başqa ikinci adam tapmaq çətindi... Uzun sözün qısası, Ramin bəyin fikirlərinə hörmətlə yanaşıram. Amma o öz bildiyini deyir, biz isə öz eşitdiyimizi, inandığımızı yazırıq. Kimin düzünü dediyini zaman göstərəcək.

Məsələnin daha maraqlı tərəfi odur ki, "Bakı"nın Premyer Liqada qalacağı hələ rəsmən təsdiqlənməsə də, artıq etirazlar başlayıb. “Bakı” Premyer Liqada oynaya bilməz”, “Rövnəq Abdullayev nahaq yerə “Bakı”nı Premyer Liqaya buraxır”, “Bu, qanunsuzluqdur” və s. Bu gün feysbukda onlarla belə fikrə rast gəldim. Təbii ki, əksini iddia edənlərin də sayı ən azı etiraz edənlər qədərdir. Bəs, görəsən, indi etitaz edib, "haqsızlığ"a qarşı çıxanlar, martda niyə susurdular? AFFA İcraiyyə Komitəsinin təxminən 4 ay əvvəl baş tutan sonuncu iclasında qərar qəbul olundu ki, mövsümün sonunda Premyer Liqanı 1 deyil, 2 komanda tərk edəcək. Həmin vaxt da yazmışdıq, “təkrar biliyin anasıdır” prinsipini əsas gətirərək bir daha təkrar edirik ki, martda çıxarılan bu qərar səhv idi. Çünki çempionatın 4-də 3 hissəsi geridə qaldıqdan sonra hansı əsasla reqlamenti dəyişirlər? Bu gün “haqq” səsini ucaldanlar nəyə görə martda demirdilər ki, çempionatın 75 faizi geridə qaldıqsan sonra "Premyer Liqanı 1 yox, 2 komanda tərk edəcək" qərarının qəbul edilməsi absurddu?! Bəlkə də müqayisə düz alınmayanacaq, amma "Bakı"nın məsələsi buna oxşayır. Sanki bir nəfər heç nədən həbs olunub, indi günahsız olduğu ortaya çıxıb və o, azadlığa çıxır. Siz isə deyirsiz ki, cəza müddəti başa çatmadığından onun azadlığa buraxılması haqsızlıqdı...Bu qədər radikal olmayın bəylər. Məsələyə birtərəfli yanaşmaq da düzgün deyil. Çünki martda haqqı tapdalanan “Bakı”nın haqqı bu gün bərpa olunursa, bunun nəyi pisdir?

Həm də “Bakı” bu gün Azərbaycan futboluna lazımdır. Bu klubun yetirməsi olan futbolçular əksər komandalarda, müxtəlif aşağı yaş qrupları üzrə yığmalarda forma geyir. Komandanın infrastrukturuna da söz ola bilməz. “Bakı”nın məhvi Azərbaycan futboluna heç nə qazandırmayacaq...

Futbolxeber.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30