28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“İnter”in forvardı ən yaxşı bombardir oldu

 

Əvəzedici heyətlər arasında Azərbaycan Çempionatı başa çatdı. Futbolxeber.az-ın məlumatına görə, “İnter” 32 oyunda 57 xal toplamağa bacardı və turnir cədvəlində 4-cü yeri tutdu.

Turnirin ən yaxşı bombardiri "İnter"in forvardı Ramil Mansurov oldu. Belə ki, “İnter” hücumçusu çempionatda ən yaxən izləyicisini 2 qol üstələyərək 22 dəfə fərqlənməyə imkan tapdı. R.Mansurov 13 matçda qapıları dəqiq hədəfə aldı. O, “Bakı”, “Xəzər-Lənkəran” və “Sumqayıt” komandalarının qapısına yol tapmasa da, digər 9 rəqibin qapısında qol keçirməyi bacardı. Futbolçu 2 dəfə het-trik etməklə, 5 dəfə dubla imza atmaqla və 6 dəfə 1 qol vurmaqla fərqləndi. R.Mansurov vurduğu 22 qolun 16-nı çempionatın təsnifat mərhələsində, qalan 6 qolu isə “ilk altılıq” çərçivəsində keçirilən matçlarda vurdu.

 Maraqlıdır ki, əslində R.Mansurovun aktivində 23 qol olmalı idi, lakin çempionatın 1-ci turu çərçivəsində “Qarabağ” komandasına qarşı keçirilən matçda vurulan 4 qoldan biri protokolda səhvən "İnter"in digər üzvü, yarımmüdafiəçi Mirsahib Abbasovun adına yazılmışdı.

 Yeri gəlmişkən, M.Abbasov “İnter”in əvəzedici heyətində məhsuldarlığa görə ikinci futbolçudur. Gənc kapitan başa çatmış çempionatda 13 dəfə uğur qazana bildi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31