29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi” maliyyə problemləri səbəbindən bir sıra futbolçularla yollarını ayırdı”

"Neftçi"dən ayrılan qapıçı Saşa Stamenkoviç sabiq komandası haqda danışıb. Futbolxeber.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper Serbiya mətbuatına açıqlamasında Azərbaycana və "Neftçi"yə olan sevgisindən danışıb: “Neftçi” haqda danışmaq mənə çətindir. Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la baş tutan ilk görüşdə "Neftçi"nin azarkeşləri mənim şəklim və üzərində "Saşa qayıt" yazılı pankart asdılar. Ürəyim dolu idi və gözlərim yaşardı. Çünki o insanları çox sevirəm. "Neftçi"nin azarkeşləri ilə yaxşı münasibətim var idi. Azərbaycan və Serbiya arasında da xüsusi əlaqələr var. Bu səbəbdən hər iki ölkə əbədi olaraq mənim qəlbimdə qalacaq”.

Stamenkoviç "Neftçi"dən ayrılmasının da səbəbini açıqlayıb. O, Bakı klubundan ayrılmağın qaçılmaz olduğunu bildirib: "Neftçi" maliyyə problemləri səbəbindən bir sıra futbolçularla yollarını ayırdı. Mənə komandada qalmaq təklif edildi. Lakin təklif edilən maaşla, dolanmaq çətin olardı. "Neftçi"də komanda ilə müqaviləsi olan çox az sayda legioner qaldı".

Qeyd edək ki, 2011-2015-ci illərdə "Neftçi"nin şərəfini qoruyan Stamenkoviç karyerasını Moldovanın "Şerif" klubundan davam etdirəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31