24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sabiq "Trabzonspor"lu "Qarabağ"da

"Qarabağ" Futbol  Klubunda mövsümlərarası dönəmdə heyətində bir sıra islahatlar baş tutub. Futbolxeber.az-ın məlumatına görə, komandanın tibbi heyətində də dəyişiklik olub. Belə ki, tibbi personala yeni fizioterapevt-osteopatoloq daxil edilib. Osman Aydoğdu Belçikada vətəndaşı olan türkiyəlidi. 36 yaşlı mütəxəssis ixtisası üzrə Belçikada təhsil, Fransada isə dərəcə alıb. Avropada bir sıra təkmilləşdirmə kurslarında  iştirak edib.

Futbol sahəsində "Standard"da (Belçika) fizioterapevt kimi işə başlayan Aydoğdu, Seneqal millisində, Fransanın aşağı yaş qruplarında, eyni zamanda fərdi osteopatoloq kimi Musa Sou, Demba Ba, Önder Turacı kimi futbolçularla çalışıb.

Ötən mövsüm isə "Trabzospor"da eyni vəzifəni yerinə yetirən Osman Aydoğdu artıq "Qarabağ" FK-da bu funksiyanı yerinə yetirəcək. Aydoğdu klubun saytına təəssüratlarını bölüşüb: “Qarabağ” kimi kluba gədiyimə görə xoşbəxtəm. Təbii ki, bu komandandan təklif alanda yetərincə araşdırma apardım. Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi. Təbii ki, "Qarabağ"ın daim iddialı olması, yüksək hədəfləri olması da xoş  amildi. Bir neçə gündü burdayam.  Çox səmimi və ailə mühiti olan komandadır. Sanki, neçə ildir burdayam.  Avropada dünyaya göz açmışam. Son mövsüm "Trabzonsor"da çalışmağımı nəzərə almasaq demək olar ki, daim `köhnə qitə`də olmuşam. Azərbaycanı heç görmədim. Amma bir türk olaraq Azərbaycanın doğmalığını bilirəm. Bu hissləri artıq yaşayıram. Təbii ki, mənim məqsədim komandada mümkün olacaq zədələliləri minimum hala gətirməkdi. Bunun üçün sistemli çalışmaq çox önəmlidi. Bu sahə yeni olsa da, getdikcə idmanın xüsusilə futbolun ayrılmaz hissəsinə çevrilir. Bütün hədəflərimiz bu istiqamətdədir.  Komandamızda bu sahənin inkişafı üçün hər şeyi edəcəm. Türkiyədə  fizioterapevt yetişdirmə üzrə xüsusi seminarlar keçirirəm. İstərdim ki, Azərbaycanda çalışdığım müddətdə bu sahə üzrə bir neçə gənci yetişdirim. İnşallah, tərəfdaşlığımız hər 2 tərəf üçün xeyirli-uğurlu olar”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30