29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Dinamo"nun baş məşqçisi: “Evdə qol buraxmaq yaxşı hal deyil”

“Çalışacam ki, qısa olaraq oyunu nəzərdən keçirim. Düşünürəm ki, bu alqışlar hələ tezdi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Tbilisi “Dinamo”sunun baş məşqçisi Gia Qequçadze deyib.

Gürcüstan təmsilçisinin çalışdırıcısı UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Qəbələ” ilə ev matçından (2:1) sonrakı mətbuat konfransında sözlərini bu cür davam etdirib: “Qarşıda bizi cavab görüşü gözləyir. 10 nəfərlə qalmağımız işimizi daha da çətinləşdirdi. Amma azlıqda qələbə qazanmağımız oyunçularımızın əzmkarlığının nəticəsi idi. Digər tərəfdən İaşvilinin meydana daxil olmasını qeyd etmək istərdim. Onun meydan daxil olması öz bəhrəsini verdi”.

- Oyun zamanı göründü ki, ən zəif xətt qapı ilə bağlı idi...

- Mən bu fikirlə razı deyiləm. Qapıçımız gözəl oyun nümayiş etdirdi. Ən yaxşılar oynadı. Gələcəkdə ola bilər ki, bu qapıçını başqası əvəz etsin.

- Baş hakimin bizim futbolçunu meydançadan qovmasına münasibətiniz necədi?

- Bu məsələnin dəyərləndirməsini sizin öhdənizə buraxıram. Çünki mən hakimlik barədə danışmağı sevmirəm.

- İaşvili meydana daxil olarkən azarkeşlər onu xüsusi alqışladı və o, oyunun axarını dəyişdi. Məşqçilər bu cür futbolçuları niyə ehtiyatda saxlayırlar?

- Ola bilsin ki, İaşvilinin daha tez meydana daxil olması daha böyük hesabla qələbə qazana bilərdik. Ancaq məncə, o, tam zamanında meydana daxil oldu. Bir məsələni də qeyd edim ki, biz İaşvilini 10 nəfərlə qaldıqdan sonra meydana daxil etdik.

- Oyun zamanı “Dinamo”nun müdafiəçiləri yaxşı çıxış etmədilər və rəqibin hücumları daha kəsərli olurdu...

- Mən bununla razıyam. Belə hallar tez-tez oldu. Ancaq ilk hissədə üstünlük bizdə idik. Sadəcə, 10 nəfərlə qaldıqdan sonra başqa cür oynamalı, müdafiəyə fikir verməli olursan. Ancaq rəqibin gücünü də nəzərə almaq lazımdı. Onların heyətində yüksək səviyyəli futbolçular çıxış edir.

- İlk hissədə rəqib daha çox hücumlar edirdi. “Dinamo” oyun zamanı çox boşluqlar buraxdı. Bu səhvləri necə düzəltmək fikrindəsiz?

- Razıyam, komanda tez-tez boşluqlar buraxırdı. Ancaq rəqib komandanın güclü oyunçularını da nəzərə almaq lazımdı. Bəzən biz, bəzən “Qəbələ” üstün oynayırdı. Gələcəkdə bu cür səhvlərin təkrarlanmamasına çalışacağıq.

- “Qəbələ”nin səfərdə qol vurması cavab matçında sizə hansı problemi yarada bilər?

- “Qəbələ” çox yaxşı komandadı, gözəl oynayır. Bugünkü qələbəmiz futbolçularımızın əzmkarlığının nəticəsi idi. “Qəbələ”yə rəqib olmaq asan deyil. Əlbəttə, evdə qol buraxmaq yaxşı hal deyil. Ancaq bunun ümumi nəticəyə necə təsir edəcəyini indidən demək olmaz.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31