24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Qriqorçuk: "Günümüz deyildi"

“Bu gün idman jurnalistlərinin bayramıdı. Sizi bu münasibətlə təbrik edirəm”. Futbolxeber.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis UEFA Avropa Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə səfər qarşılaşmasından (1:2) sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Dünənki fikirlərinizlə bugünkü oyun üst-üstə düşmədi. Bu çıxış “Qəbələ”nin hazırkı gücünü göstərir?

- Bilirəm ki, bizdən güclü oyun gözləyirdiniz. Həmçinin mən də indikindən bir az güclü oyun gözləyirdim. İlk hissədə əsəbi idik, dağınıq oyun göstərirdik. Əminəm ki, bu komanda qat-qat yaxşı oynamağı bacarır. Uduzsaq da, çox qol imkanları qaçırdıq.

- Rəqib azlıqda qalsa da, qollar vurmağı bacardı. Bunu necə başa düşmək olar?

- Bu, futbol oyunudu, hokkey deyil. Futbolda praktika çoxdu ki, azlıqda qalan komanda qol vurur. Bu da səhvlərdən qaynaqlanır. Sadəcə, rəqib azlıqda düzgün oynadı. Biz isə kobud səhvlər etdik. Mən belə səhvləri gördükdə hiddətlənirəm. Komandanın formalaşması üçün zamana ehtiyac var. Bəlkə də, ilk oyun olduğu üçün bu qədər səhvlər oldu.

- Dodo ilə Rəşad Sadiqovu meydana gec buraxdığınızı düşünmürsünüz?

- Bu əvəzetmələrlə oyunu dəyişmək istədik. Rikardinyo hücumameyillidi, Rəşad oyunu üzərinə götürməyi bacarır. Dodo isə tam hazır deyildi. Az məşq etmişdi. Zədədən döndükdən sonra yenidən zədə almışdı. Onu gec oyuna qoşduğumu düşünmürəm.

- Növbəti mərhələ barədə nə düşünürsünüz?

- Bizim hədəfimiz gələn oyunu daha yaxşı keçirməkdi. Cavab matçında bugünküdən daha yaxşı çıxış etməliyik və bu səhvləri təkrarlamamalıyıq.

- Şanslarınızı necə dəyərləndirirsiniz?

- Şansımız qalır. Amma konkret neçə faiz olduğunu deyə bilmərəm. Cavab görüşündə imkanlarımızdan yararlanmağa çalışacağıq.

- Bir çox səhvlərə yol verildi. Bunları cavab görüşünə qədər yoluna qoya biləcəksiniz?

- Müdafiədə səhvlərə yol verdik. Ötən mövsüm təxminən 20 oyun keçirmişik. Bu müddətdə müdafiənin mərkəzində belə səhvlər etməyimiz hələ yadıma gəlmir. Mərkəz müdafiəçi yerini tərk edir, digəri onu sığortalamır. Ürfan Abbasov da mərkəzə çəkilmir bu anda. Ümumilikdə bu gün bizim günümüz deyildi.

- Ruslan Abışovun yerini hələ də doldura bilməmisiniz?

- Müdafiədə fərdi səhvlər buraxdıq. Ancaq məğlubiyyətə əsas səbəb kimi bunu görmürəm. 15 nəfərlə də oynasaydıq, həmin səhvləri buraxa bilərdik. Əsas problemimiz qol vura bilməməyimizdi. Abışovla bağlı suala isə cavab vermək istəmirəm. Ona böyük hörmətim var, xətrini çox istəyirəm. Mərkəz müdafiəçilərimizin yaxşı olduğuna əmin olacaqsınız.

- Bu gün səhv edən müdafiəçiləri cavab görüşündə digərləri ilə əvəz edə bilərsinizmi?

- Müdafiəçi səhv edəndə dərhal onu əvəzləmək barədə düşünmürük. Onların hamısını dəyişə bilmərik. Bugünkü oyuna ən yaxşı hazırlıqlı olanlar çıxmışdılar. Cavab matçında da hazır olanlar çıxış edəcək. Bu gün jurnalistlərin günüdü, amma bizim günümüz deyildi.

- Futbolçularınız cavab görüşündə tapşırıqlarınızı 80 faiz yerinə yetirsələr, mərhələ adlayacağınızı düşünürsünüz?

- Oyunçular mənim dediklərimi 100 faiz yerinə yetirməlidilər. Bu sualla onları arxayınlaşdıra bilərsiniz. Onlar gərək tapşırığa tam əməl etsinlər. İstədiyimiz nəticəni əldə etmək üçün bizə vaxt lazımdı. Daha çox oyunlar keçirib, təhlil etməliyik ki, bir nəticə çıxaraq.

- Avqustda Avropa Superkubokunun oyunu olacaq. Həmin matça gələcəksiniz?

- Həmin vaxt həm Avrokubokun qızğın dönəmi, həm də yeni mövsümün əvvəli olacaq. Buna görə də, gəlməyi düşünmürəm.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30