20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Əfran İsmayılov: "Rayon komandalarından təklif olsa da, "Bakı"nı seçdim"

"Qarabağ"ın sabiq üzvü, "Bakı"nın yeni transferi Əfran İsmayılov Futbolxeber.az saytına müsahibə verib.

- Əfran, "Qarabağ"dan artıq ayrılmısan?

- Hə, "Qarabağ"dan artıq tam ayrılmışam. Azad agent kimi komandanı tərk etdim. "Qarabağ"dakıların hamısı ilə yaxşı münasibətim var. Halallaşıb, komandadan getdim.

- Yəqin ki, yeni klubun da "Bakı" olacaq?

- "Bakı"ya keçdiyimi söyləmək olar. Artıq danışıb, razılaşmışıq. Keçidim demək olar ki, həll olunub. Bircə müqaviləyə imza atmaq qalıb.

- "Bakı"nı seçməyinə səbəb nə oldu?

- "Bakı"nın şəraitini hər kəsə bəllidir. Burada uğur qazanmaq üçün hər şey var. Bu komandaya keçdiyim üçün çox sevinirəm. İrəli sürülən şərtlər məni tam qane edir.

- Yəqin ki, digər klublardan da təkliflər var idi?

- Xidmətimdə maraqlı olan komanda təkcə "Bakı" deyildi. Digər komandalar da mənimlə maraqlanırdı. Amma ad çəkməyəcəyəm. Çünki artıq seçimimi etmişəm.

- Niyə həmin komandaları yox, məhz "Bakı"nı seçdin?

- Təklif aldığım digər klublar rayon komandaları idi və buna görə də təkliflərdən imtina etdim. Bakıdan kənarda oynamaq istəmirəm.

- Amma "Bakı" yeni mövsümdə avrokuboklarda iştirak etməyəcək.

- Orası elədir. Hazırda istirahətə ehtiyacım var. Bir qədər dincəldikdən sonra yeni mövsümün hazırlığına başlayacağam. İnanıram ki, "Bakı"da hər şey mənim üçün yaxşı olacaq. Komanda ilə birgə uğur qazanacağam". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30