23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Roman Qriqorçuk: “Sabah yaxşı oyunu yox, nəticəni düşünəcəyik”

“Dinamo” haqda məlumatımız var. Əsasən ötənilki komanda barədə. Bilirəm ki, bir neçə futbolçu komandadan gedib. Amma indiki heyətdən də xəbərsiz deyilik. “Dinamo”nun heyətindən xoşum gəlir. Deyə bilərəm ki, sabahkı oyundan azarkeşlər zövq alacaqlar”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

Sabah Avroliqanın birinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində “Qəbələ” sabah Tiflisdə “Dinamo”nun qonağı olacaq. “Qəbələ”nin çalışdırıcısı hazırdan Gürcüstan paytaxtında oyunöncəsi mətbuat konfransı keçirir.

Qriqorçuk “Qəbələ”də özünü yeni məşqçi kimi hesab etmədiyini bildirib: “Qəbələ”də təzə deyiləm. Komanda ilə artıq tanışam. Geridə qalan müddətdə müəyyən uğurlar da əldə etmişik. Lakin hazırlıq üçün həddindən artıq çox vaxtımız olmadı. Sabah meydana elə futbolçu çıxa bilər, cəmi 3-4 gündür ki komanda ilə birgə məşq edir”.

Ukraynalı mütəxəssis qeyd edib ki, sabahkı görüşdə yaxşı oyunu yox, nəticəni düşünəcək: “Heyətə yeni futbolçuların cəlb olunması müəyyən qədər problem yaradır. Komandanın qurulması üçün daha çox yoxlama oyunları keçirilməsinə ehtiyac var. Futbolçunun anlamalı olduğu çox məlumat var. Lakin bizim bir üstünlüyümüz var ki, komandaya gələn futbolçuların hamısı təcrübəlilərdi. Bizə ilk növbədə sabahkı oyunda nəticə lazımdı. Sabah yaxşı oyundan yox, nəticəni düşünəcəyik. Gələcəkdə futbolçular adaptasya dövrünü tam keçdikdən sonra oyunumuz mükəmməl olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30