25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

"Xəzər Lənkəran"n yetirməsi: "Heyətlərində “Barselona”nın, “Atletiko”nun..."

U-17 milli komandamız bu yaxınlarda Qazaxıstanda keçirilən “Prezident Kuboku” turnirində iştirak edib. Futbolxeber.az-ın məlumatına görə, finala qədər yüksələn millimiz İspaniyadan olan həmyaşıdlarına yalnız həlledici görüşün oyunsonrası penaltilər seriyasında məğlub olub. Millinin heyətində “Xəzər Lənkəran”ın iki yetirməsi İbrahim Qədirzadə və Yusif Həsənov da var idi. Hər iki futbolçu Lənkəran klubunun rəsmi saytına turnir haqqında təəssüratlarını bölüşün.

İbrahim Qədirzadə Qazaxıstandan əla təəssüratlarla döndüyünü deyib: “Belə turnirlərdə iştirak mənim üçün yaxşı təcrübə oldu. Turnirdən əvvəl Gürcüstanda təlim-məşq toplanışı keçdik, məncə, o toplanışın bəhrəsini gördük. Ən çətin oyun mənim üçün final görüşü oldu. İspaniya millisi səviyyə cəhətdən digər rəqiblərdən çox fərqlənirdi. Heyətlərində “Barselona”nın, “Atletiko”nun akademiyalarının futbolçuları var idi”.

Millidə klubdan fərqli olaraq daha çox müdafiəyə meyilli oyun sərgiləyən Qədirzadə bunu məşqçi təlimatları ilə izah edin: “Baş məşqçinin tapşırığına uyğun oynayıram. Millidə məndən daha çox müdafiənin qabağında oynamaq tələb olunur. Klubda isə baş məşqçimiz hücuma dəstək verməyimi istəyir, ona görə çempionatda daimi olaraq fərqlənirəm və uzaqdan qapını tez-tez yoxlayıram”.

Qədirzadə gələn il ölkəmizdə keçiriləcək U-17 Avropa Çempionatını böyük həvəslə gözlədiyini deyin: “Bu turnirlər, tez-tez keçirdiyimiz təlim-məşq toplanışları hamısı Avro-2016 üçün hazırlıqdır. Yaxşı hazırlaşmağımız üçün bütün şərait yaradılır. Turnirdə yaxşı iştirak edəcəyimizə inanıram”.

Digər üzv Yusif Həsənov isə turnirdə asan oyunun olmadığını düşünür: “Bütün oyunlar çətin keçdi. Buna baxmayaraq, yaxşı oyun göstərməyi bacardıq. Birinci yeri də tuta bilərdik, sadəcə penaltilərdə bəxtimiz gətirmədi”.

Təəssüf ki, Yusifin finala doğru yolunu Gürcüstanla oyunda aldığı zədə kəsib: “Gürcüstanla oyunda möhkəm zədələndim. Heyif ki, zədənin ciddiliyi turnirin sonuna qədər oynamağıma imkan vermədi. Hələ bundan sonra da tam bərpa olunmağım üçün yəqin 1-2 həftəyə ehtiyac olacaq”.

İstər “Xəzər Lənkəran”da, istərsə də millidə əsasən müdafiənin mərkəzində çıxış edən Həsənov “Prezident Kuboku”nda müdafiənin sağında qərarlaşıb: “Bu mənim üçün yeni mövqe idi. Müəyyən çətinliklər var idi, amma ümumi olaraq özümü rahat hiss edirdim və diqqətli olmağa çalışırdım”.

Name




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30