19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Anar Bəkirov: “Simurq” yaşayacaq”

“Simurq” klubunun prezidenti Anar Bəkirovun müsahibəsi

- Komandanızın taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Bu baxımdan müsbətə doğru bir irəliləyiş varmi?

- Bəli, var. Hazırda müzakirə olunan bəzi məsələlərlə məşğuluq. İnanıram ki, yaxın günlərdə bunlar da təsdiqini tapacaq.

- Yeni sponsor axtarışında AFFA sizə kömək edir?

- Əlbəttə. AFFA rəhbərliyinə minnətdaram ki, bizə böyük köməklik edir. Çalışırlar ki, Zaqatala kimi futbolun sevildiyi bölgədə bu idman növü daim var olsun. Orda klub üçün hər cür şərait var. Yaxşı bazamız, qalmağa yerimiz və sairə kimi futbol klubuna lazım olan amillər mövcuddu. Hazırda sponsor dəyişikliyi ilə bağlı cavab gözləyirik.

- Yəni, klub fəaliyyətini davam etdirəcək?

- Biz buna əminik. Həm AFFA prezidenti Rövnəq Abdullayev, həm baş katib Elxan Məmmədov, həm də Elşad Nəsirov bizi tək qoymayacaqlar, kluba baxacaqlar.

- Ancaq digər klublar yeni mövsümün hazırlığına artıq start veriblər. “Simurq” nə vaxtdan toplaşmağı planlaşdırır?

- Sponsor problemi həllini tapan kimi, komanda bir araya gələcək. Bu məsələdə bir problem olacağını düşünmürəm.

- Əksər futbolçular komandanı tərk ediblər. Oyunçu qıtlığı yaşamayacaqsınız?

- Futbolçularımız var. Heyəti gəncləşdirmək istəyirik  ki, Azərbaycan futboluna yeni adlar verək. Bizim əvəzedici komandamız ardıcıl 3 ildi  medallar qazanır. Orda yaxşı uşaqlar var. İstəyirik 1-2 il onları da oynadaq ki, futbolumuza yeni simalar gəlsin.

- Klubla müqavilə müddəti davam edən futbolçuların aqibəti necə olacaq?

- Həmin oyunçularla görüşüb, danışacağıq. Çalışacağıq komandada təcrübəli oyunçular da olsun. Bunların hamısı müzakirə olunacaq və “Simurq” gələn mövsüm yeni heyətlə çıxış edəcək.

- Baş məşqçi postuna Əsgər Abdullayevin gətiriləcəyi barədə məlumatlar yayılıb. Bu, nə dərəcədə realdı?

- Xeyr, belə bir şey yoxdu. Əsgər Abdullayevlə heç bir görüşüm olmayıb. Hazırda bütün diqqətimizi sponsor məsələsinə yönəltmişik. Bu problem yoluna qoyulsun, baş məşqçi məsələsinə sonra da baxmaq olar.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30