19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz” Bakıdakı təlim-məşq toplanışına 16 futbolçuyla başlayacaq

“Kəpəz” iyul ayının 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Buzovna qəsəbəsində yerləşən “Retro” otelində məskunlaşacaq Gəncə təmsilçisi gündə iki dəfə hazırlığa çıxacaq. “Sarı-göylər”in məşq prosesində iştirak edəcək futbolçular məlumdu. Baş məşqçi Şahin Diniyev hazırlığa 16 futbolçu cəlb edib.

Heyətlə tanış olun: Eyyub Əliyev (“İnter”), Tural Axundov (“Simurq”), Elvin Cəbrayıllı (“Ağsu”), Xəzər Qəribov (“Şuşa”), Şəhriyar Əliyev, Tərlan Quliyev (hər ikisi “Qarabağ”), Murad Ağakişiyev (“Neftçala”), Tural Nərimanov, Ceyhun Cavadov (hər ikisi “Rəvan”), Azad Kərimov (“Bakı”), Kərim Diniyev, Şəhriyar Rəhimov (hər ikisi AZAL), Bəxtiyar Soltanov (“Qəbələ”), Ziyabil Məmmədov, Məhərrəm Hüseynov, Tural Rzayev.

Son 3 futbolçu Gəncədə keçirilən seleksiya xarakterli toplanışdan sonra komandaya dəvət olunub.

“Dalğa Arena”dakı məşqlərdə komandanın əsasən fiziki hazırlığına diqqət veriləcək.

Qeyd edək ki, ölkə paytaxtında “Kəpəz” 3 yoxlama oyununda qüvvəsini sınayacaq. Komandanın ilk rəqibi “Sumqayıt” olacaq. Bu klubla görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.

Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30