25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Qəbələ” bu gün Gürcüstana yollanır

UEFA Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Qəbələ” bu gün Gürcüstana yollanacaq. Futbolxeber.az-ın məlumatına görə, iyulun 2-də Tiflisin “Dinamo” klubu ilə ilk matçına çıxacaq “qırmızı-qaralar” oyundan iki gün əvvəl qonşu ölkəyə gedir.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda səhər məşqindən sonra səfərə çıxacaq. 2015-2016 mövsümünün hazırlıq məqsədilə iyunun 10-19-da Türkiyənin Ərzurum şəhərində, 20-30-da Qəbələdə toplanış keçən “Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi son məşqini Tiflisdə keçirəcək. “Qəbələ” I təsnifat mərhələsində iştirak etmək üçün 27 futbolçunu sifariş vərəqinə daxil edib.

Bu, “Qəbələ”nin mövsümdə ilk rəsmi matçı olacaq. Avrokuboklarda ötən il debüt edən “Qəbələ” qitəmiqyaslı turnirdəki 2-ci cəhdində mərhələ adlamağa çalışacaq. Bunun üçün isə komanda bir həftə sonra Qəbələdə baş tutacaq matç öncəsi səfərdə sərfəli nəticə qazanmalıdır.

Tiflisdəki matç əfsanəvi Boris Payçadzenin adını daşıyan “Dinamo Arena”da baş tutacaq. Görüşü israilli hakimlər idarə edəcək.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30