19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

“Dinamo” - “Qəbələ”: İsrailli hakim gürcülərə düşərlidir

Xəbər verdiyimiz kimi, Avroliqanın ilk təsnifat mərhələsinin birinci oyunu çərçivəsində keçiriləcək “Dinamo” - “Qəbələ” matçıını israilli Roy Raynşreyber idarə edəcək.

Futbolxeber.az-ın məlumatına görə, israilli referi ötən ildən FİFA hakimi statusunu daşıyır. Buna kimi o, Avroliqada cəm 1 matç darə edib. Maraqlıdır ki, Raynşreyberin Avroliqadakı debütu da gürcülərin oyununa təsadüf edib. Söhbət ötən il ikinci təsnifat mərhələsi çərçivəsində baş tutan “Bursaspor” - “Çixura” matçından gedir. Həmin görüşdə qapılara qol vurulmayıb. Cavab oyununda isə penaltilərdə qalib gələn “Çixura” üçüncü mərhələdə “Neftçi”yə rəqib olub.

Bursada baş tutan oyundan əlavə israilli hakim, gənclər arasında keçirilən Çempionlar Liqasında 1, aşağı yaş qrupları üzrə millilərin seçmə mərhələ oyunlarında 4 görüş idarə edib. Eləcə də Raynşreyber bu il Bolqarıstanda keçirilən U-17-lərin Avropa çempionatında 3 görüşdə iş başında olub. Diqqət çəkən məqam odur ki, Raynşreyberin beynəlxalq arenada idarə etdiyi 9 oyundan yalnız birində hər iki komanda fərqlənə bilib - Uels - Albaniya 2:1 (U-19). Qalan 8 oyunda ən yaxşı halda tərəflərdən biri qol vurmağa müvəffəq olub. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30