19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Palabıyıkın debütu Bakıda baş tutacaq

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 2-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Mladost” oyununu türkiyəli Ali Palabıyık idarə edəcək.

Futbolxeber.az-ın məlumatına görə, Palabıyık 1981-ci ildə anadan olub. İxtisasca müəllimdir. O, bu ildən FİFA referisi statusunu daşıyır. Bakıdakı görüş Palabıyık üçün avrokuboklarda debüt olacaq. Buna kimi o, yalnız 2 beynəlxalq matçda iş başında olub. Söhbət U-17-lərin seçmə mərhələ oyunlarından gedir. Türkiyəli referi Avstriya - Uels və Rusiya - Avstriya matçlarını idarə edib. 2 görüşdə Palabıyık 11 sarı vərəqə verib və 1 penalti təyin edib. 2012-ci ildən Türkiyə Superliqasında matçlara təyinat alan Palabıyık, "Qalatasaray" azarkeşidir. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30