19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ” “İnter”lə heç-heçə oynadı

“Qəbələ” 2015-2016 mövsümünə hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Bakının “İnter” klubu ilə üz-üzə gəlib. Bu matç komandaların son 4 gündə ikinci qarşılaşması olub. İyunun 24-də baş tutan ilk sınaqda 1:0 hesabı ilə qalib gələn Roman Qriqorçukun baş məşqçisi olduğu komanda bu dəfə heç-heçəylə kifayətlənib. Qəbələ şəhər stadionundakı matçda hesabı qonaqlar açıb. 8-ci dəqiqədə Rauf Əliyev fərqlənib. “Qəbələ” bərabərlik qolunu ikinci hissədə vurub. Matçın 70-ci dəqiqəsində Cavid Hüseynov qonaqların qapısına yol tapıb - 1:1.

Bu, “Qəbələ”nin mövsümlərarası fasilədə ilk heç-heçəsi olub. Bunadək 3 qələbə qazanan “qırmızı-qaralar” Türkiyədə Ərzurumun U-21 komandasını 2:1, “Aşkalespor”u 10:0, Qəbələdə “İnter”i 1:0 hesabı ilə məğlub etmişdi.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30