29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Şahin Diniyev: “Gəncəli azarkeşlərlə görüşəndə bir az kədərləndim”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev seleksiya xarakterli təlim-məşq toplanışı çərçivəsində keçirilən iki yoxlama oyunu haqda klubun mətbuat xidmətinə fikirlərini bölüşüb. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli məşqçi Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası ilə 1:1 hesablı heç-heçəni və “Turan Tovuz” üzərində qazanılan 2:1 hesablı qələbəni belə şərh edib: “Əvvəlcə seleksiya toplanışının ilk günündən futbolçuların üzərində əməyi olan köməkçilərimə minnətdaram.Tovuz təmsilçisi ilə görüşdə onların işi göründü. Birinci matça nisbətən ikinci qarşılaşma daha maraqlı oldu. Çətin olsa da, komandanın hər iki oyuna gücü çatdı. İki günə eyni sayda oyun keçirmək ağırdı. Birinci seleksiya işimiz artıq yekunlaşdı. Gəncədən bir neçə futbolçu seçmişik, onların adını və sayını hələlik açıqlamaq istəmirəm. Bəyəndiklərimiz iyulun 1-dən Bakıda toplanışda bizə qoşulacaqlar”.

Şahin Diniyev bütün çətinliklərə baxmayaraq məqsədlərinin komandaya gəncəli futbolçu qazandırmaq olduğunu açıqlayıb. O, bu yolda yorulmadan çalışacaqlarını bildirib: “Çatışmazlıqlar var, çox işləyib bunu aradan qaldırmalıyıq. Gəncəli oyunçuların inkişafına fikir verməliyik. Çalışacağıq ki, bir müddətdən sonra yerli uşaqlar komandanın əsas heyətində oynaya bilsinlər. Gəncə futbolunun potensialı var. İşləyə-işləyə gəncləri ayağa qaldırmalıyıq. Bu yolda məşqçilər, futbolçular və klub rəhbərliyi birgə fəaliyyət göstərməlidi”.

Komandanın baş məşqçisi “Qəbələ” ilə oyundan sonra azarkeşlərlə görüşü haqda da danışıb: “Fanatlarla görüşəndə həm sevindim, həm də bir az kədərləndim. Nostalji hisslər yaşadım. 10 il bundan öncə Gəncəni xoş duyğularla tərk etmişdim. Yenidən həmin azarkeşləri görəndə şad oldum. “Kəpəz” azarkeşləri tam fərqlidi. Onlar futbolu yaxşı başa düşəndilər. Bu fanatları aldatmaq mümkün deyil. Ümid edirəm ki, belə görüşlərimiz bundan sonra qələbə əhval-ruhiyyəsində olacaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31