29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz” “Qəbələ” ilə heç-heçə oynadı

İyunun 20-dən Gəncədə seleksiya xarakterli təlim-məşq toplanışına başlayan “Kəpəz” hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyunun 25-də Gəncə şəhər stadionunda keçirilən matçda komandanın rəqibi Qəbələnin həvəskarlardan ibarət eyniadlı təmsilçisi olub.

Yerli hakimlər briqadasının idarə etdiyi matç saat 18:00-da başlayıb. Havanın olduqca isti olmasına baxmayaraq sevimlilərini dəstəkləmək üçün arenya 300-ə yaxın azarkeş gəlib.

Rəqib qarşısına hər hissədə bir heyətlə çıxan “Kəpəz” üçün oyun yaxşı başlamayıb. Həvəskarlar ilk yarıda hesabı açıb. Amma fasilədən sonra komandanın gənc yarımmüdafiəçisi Rəhman Allahverdiyev hesabı bərabərləşdirərək, həm də son nəticəni təyin edib - 1:1.

“Qəbələ” ilə oyunda “Kəpəz”in məşqçilər korpusu 21 futbolçunu baxışdan keçirib. Onlar haqda qərar qarşıdakı günlərdə veriləcək. Bu yerdə “Kəpəz”in iyunun 26-da Gəncədə “Turan Tovuz”la qarşılaşacağını da əlavə edək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31