25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Yuri Syomin rəsmən "Qəbələ"də

 

"Qəbələ” futbol klubu rusiyalı baş məşqçi Yuri Syominlə razılığa gəlib. Bu haqda Lent.az-a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib. Onun sözlərinə görə, 66 yaşlı mütəxəssislə danışıqlar uğurla nəticələnib. Təcrübəli mütəxəssislə mayın 22-də rəsmi müqavilə imzalanacaq. Anlaşmanın 1+1 sistemi üzrə bağlanacağı gözlənilir. Mayın 29-da isə Syomin ictimaiyyətə təqdim olunacaq.

Nəcəfov bildirib ki, komandanın yeni transferi Volodimir Levin də məhz rusiyalı baş məşqçinin istəyilə həyata keçirilib. Syomin Bakıda olduğu vaxt “İnter” - “Qarabağ” görüşünü də izləyib və həmin vaxt meydan sahiblərinin müdafiəçisinin alınmasını istəyib. “Qəbələ”nin hücum xəttinin güclü olduğunu deyən vitse-prezidentin sözlərinə görə, daha çox arxa xətt ehtiyac duyduqları üçün bu keçid rəsmiləşib.

Qeyd edək ki, Yuri Syomin əvvəllər Rusiyanın “Kuban”, “Lokomotiv”, “Dinamo” (Moskva), Tacikistanın “Pamir”, Ukraynanın “Dinamo” (Kiyev), eləcə də Yeni Zelandiyanın olimpiya və Rusiyanın əsas millilərinin baş məşqçisi olub. O, “Lokomotiv”lə 2 dəfə Rusiya çempionu, 4 dəfə ölkə kubokunun və 2 dəfə Superkubokun, 1 dəfə Birlik Kubokunun sahibi, Kiyev “Dinamo”sunda isə 1 dəfə Ukrayna çempionu və ölkə Superkubokunun qalibi olub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30