20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Kəpəz”in yoxlama oyunlarındakı rəqibləri müəyyənləşdi

“Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha üç rəqibin adına aydınlıq gəlib. Futbolxeber.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, iyulun 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək Gəncə klubu üç sınaq oyununda meydana çıxacaq.

“Kəpəz”in ilk rəqibi “Sumqayıt” olacaq. Bu rəqiblə görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la oynayacaq. Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da keçirəcək. “Sarı-göylər”in rəqibi 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığması olacaq. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.

Hər üç oyun “Dalğa Arena”da keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30