19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

George Floresku “Qəbələ”də

2015/2016 mövsümü öncəsi heyətini gücləndirməkdə davam edən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Futbolxeber.az-ın məlumatına görə, mövsümlərarası fasilədə Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov, Vitali Vernidub, Sergey Zenyov, Aleksey Antonovu və Vojislav Stankoviçi heyətinə qatan “qırmızı-qaralar” 10-cu transferini reallaşdırıb. Komanda rumıniyalı futbolçu George Floresku ilə dünən axşam saatlarında 1,5 illik müqavilə imzalayıb. 31 yaşlı yarımmüdafiəçinin son komandası Rumıniyanın "Astra" klubu olub. Zəngin karyeraya malik futbolçu ardıcıllıqla "Universitatya" (Kluj, Rumıniya, 2001-2004), "Şerif" (Moldova, 2004-2006), "Torpedo" (Moskva, Rusiya, 2006-2007), "Mityullann" (Danimarka, 2008-2010), "Alaniya" (Rusiya, 2010), "Arsenal" (Kiyev, Ukrayna, 2011-2013), "Astra" (Rumıniya, 2013), "Dinamo" (Moskva, Rusiya, 2013-2014)  klublarının şərəfini qoruyub.

George Floresku ölkəsinin U-21 (11 oyun) və əsas milli komandalarının (11 oyun) formasını geyinib. 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30