29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Məhəmməd Qurbanov "Neftçi"də

Avstriya hazırlığını davam etdirən "Neftçi" PFK daha bir futbolçunu transfer edib. Futbolxeber.az-ın məlumatına görə, milli komandamızın üzvü Məhəmməd Qurbanov növbəti 2 ildə "Neftçi"nin şərəfini qoruyacaq. Futbolçu komandada 14 nömrəli formanı geyinəcək.

Məhəmməd Qurbanovun yığma komandadakı karyerası 2008-ci ildə başlayıb. Həmin ildə Azərbaycanın U-17 komandasına dəvət edilmiş futbolçu Avropa çempionatının seçmə mərhələ oyunlarında meydana çıxıb. Sonralar U-19 və U-21 milli komandalarımıza çağırılmış futbolçu qitə miqyaslı yarışların iştirakçısı olub. Bu ildən isə Məhəmməd Qurbanov əsas milli komandaya dəvət edilib.

Klub karyerasına Rusiyada başlamış Məhəmməd Qurbanov "Rostov" və "Taqanroq" klublarının formasını geyinib. Ötən mövsüm isə futbolçu "Sumqayıt" klubunun heyətində meydana çıxıb.


neftchipfk.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31