25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Qəbələ”nin Avroliqadakı rəqibini yaxından tanıyaq

“Qəbələ”nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi olan Tiflis “Dinamo”su Gürcüstanın ən titullu klubudur. Futbolxeber.az-ın məlumatına görə, əsası 1925-ci ildə qoyulan klubun tarixinin ən böyük uğuru 1981-ci ilə təsadüf edib. 1980/81 mövsümündə gürcüstanlılar Kuboklar Kubokunu başı üzərinə qaldırıb. Ümumiyyətlə, “Dinamo”nun əsas uğurları SSRİ çempionatlarında çıxış etdiyi dövrə təsadüf edib. 1936-1990-ci illərdə tiflislilər 20 dəfə ölkə çempionatının mükafatçıları sırasına düşüb. 1964 və 1978-ci illərdə SSRİ çempionu titulunu qazanan komanda 5 dəfə gümüş, 13 dəfə bürünc medala yiyələnib. “Dinamo” SSRİ kubokuna da 2 dəfə yiyələnib. 1976 və 1979-cu illərdə kuboku başı üzərinə qaldıran Tiflis təmsilçisi 6 dəfə finalda məğlub olub.

Düzdür, Gürcüstanın müstəqillik əldə etdiyi vaxtdan sonra “Dinamo” ölkə daxilində hegemoniyaya sahib olub. Amma daxili arenadakı saysız-hesabsız titullara baxmayaraq, beynəlxalq arenadakı bütün uğurlar SSRİ dövründə qalıb. Belə ki, 1980/81 mövsümündəki zəfərdən başqa, “Dinamo” 1981/82 mövsümündə Kuboklar kubokunun yarımfinalınadək irəliləyib. Daha 5 dəfə avrokubokların 1/8 finalınadək irəliləyən gürcüstanlılar müstəqillik illərində belə uğura həsrət qalıb.

1990/91 mövsümündə start götürən Gürcüstan çempionatlarında 15 dəfə 1-ci olan “Dinamo” 2012/13 və 2013/14 mövsümlərində də əldə etdiyi titulu son yarışda əldən verib. Paytaxt təmsilçisi ötən mövsümü 2-ci pillədə başa vuraraq, 5-ci dəfə Gürcüstan çempionatının gümüş mükafatını qazanıb. 12 dəfə kubokun finalında çıxış edən “Dinamo” yalnız 1 dəfə kuboku qazanmaq şansını qaçırıb. Əldə edilən 11 kubokdan ikisi ”Qızıl dubl”la nəticələnən 2012/13 və 2013/14 mövsümlərinə təsadüf edib. 8 dəfə Superkubok matçına çıxan paytaxt klubu 5 dəfə bu mükafata yiyələnib. “Dinamo”nun zəngin kubok kolleksiyasında daha bir titul var. Gürcüstan təmsilçisi 2004-cü ildə “Birlik kuboku”na yiyələnib. Bununla da 9 il əvvəl finalda uduzduğu turnirdə ilk və son uğuruna imza atıb. Hazırda baş məşqçisi Kaxi Qoqiçaişvili olan komandanın əsasını yerli futbolçular təşkil edir. “Dinamo” ev oyunlarını 54 min 549 azarkeş tutumuna malik Boris Payçadze adına “Dinamo” stadionunda keçirir.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30