28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov: “Yəqin “Qarabağ”dan halallıq verərlər”

"Xəzər Lənkəran"ın yeni transferi Vüqar Nadirovun müsahibəsi

Əvvəlcə "Xəzər Lənkəran"a keçidin haqda danışaq. Niyə məhz bu klubu seçdin?

- İlk təklif "Xəzər Lənkəran"dan gəldi. Sərfəli təklif olduğu üçün razılaşdım. "Xəzər Lənkəran"da ilk dəfə titullar qazanmışam. Buna görə də bu komanda da mənə doğma gəlir. Rəhbərliyi də tanıyıram. Oyunçuların əksəriyyəti ilə yaxşı münasibətim var. Bütün bu amillər "Xəzər Lənkəran"ı seçməyimdə rol oynadı.

- "Qarabağ"dan ayrılmağının səbəbi haqda müxtəlif xəbərlər yayıldı. Bütün bunlara aydınlıq gətirmək üçün ayrılığın əsl səbəbəni açıqlaya bilərsən?

- "Qarabağ"ın mənim üzərimdə əməyi böyükdür. Yəqin ki, mənim də "Qarabağ"a az köməyim dəyməyib. Bunu mütəxəssilər və azarkeşlər də deyə bilər. Qurban Qurbanovun da əməyini qeyd etməliyəm. Yəqin halallıq verərlər. Mən onlara halallıq verirəm. Çoxları yazır ki, "Qarabağ"dan pula görə getmişəm. Ancaq belə deyil. Sırf oynamaq istədiyim üçün doğma komandamı tərk etdim. Düzdür, bəzən əsas heyətdə də çıxış etmək edirdim. Ancaq mən meydanda daha çox olmaq istəyirəm. Oynamayanda özümü pis hiss edirəm. Xarakterim bu cürdür.

- Düşünürsən ki, artıq ehtiyatda qalan vaxtın deyil?

- Yaşın fərqi yoxdur. Uşaqlıqdan beləyəm. Hətta 32-33 yaşımda da daima meydanda olmaq istəyərəm. Qarşıma məqsəd qoymuşam ki, oynamalıyam.  Daim meydanda ola biləcəyin bir klubda çıxış etməlisən.

Azarkeşlər "Qarabağ"dan getməyini qəbul edə bilmirdi. Onlara sözün nədir?

- Sağ olsunlar. Onlara minnətdaram. Mənə dəyər verdikləri üçün sevinirəm. Yəqin komandaya müyyən qədər xeyrim dəyib ki, azarkeşlər gedişimi istəmədilər. Həm də ağdamlı olduğum üçün "Qarabağ"dan ayrılmağımı istəmirdilər.  Ancaq onlara sözüm odur ki, futbolda belə şeylər olur. Neyləyə bilərik...

- Onlar Vüqar Nadirovu bir gün yenidən "Qarabağ"da görə bilərlər?

- Əlbəttə. Niyə də olmasın? Futbolçu həyatı belədir.

- Xeyli müddətdir ki, avrokuboklarda mübarizə aparan, Premyer Liqada çempionluğa ən iddialı komanda olan "Qarabağ"da çıxış edirdin. "Xəzər Lənkəran" necə, əvvəlki gücünü qaytara biləcək?

- Əlimizdən gələni edəcəyik ki, "Xəzər Lənkəran"ı əvvəlki günlərinə qaytaraq. Çoxsaylı azarkeşləri sevindirməliyik. Düzdür, xeyli vaxtdır, "Xəzər Lənkəran" nəticə qazana bilmir, ancaq çalışacağıq ki, kollektiv şəkildə bu çətinlikləri aradan qaldıraq. Heyətə yaxşı futbolçular cəlb olunub. Tədricən komanda əvvəlki gücünü qaytaracaq.

- "Qarabağ"a qarşı oyunlar sənin üçün çətin olacaqmı?

- Əlbətdə, çətin olacaq. Uzun illər "Qarabağ"ın şərəfini qorumuşam. Sabiq komandama qol vuranda pis olacam.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31