19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” həvəskarlara rəhm etmədi

Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2-ci yoxlama oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, iyunun 10-dan qonşu ölkədə hazırlıq keçən “qırmızı-qaralar” həvəskarlar liqasında çıxış edən “Aşkalespor”la qarşılaşıb. “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ərzurumun U-21 komandası ilə ilk yoxlama oyununda olduğu kimi bu dəfə də əsasən yeni transferlərə və əvəzedici heyətin üzvlərinə şans verib. Görüşdə komandaya hazırlığın Qəbələdə keçiriləcək 2-ci mərhələsində qoşulacaq milli üzvləri də iştirak etməyib. “Qəbələ” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, Ürfan Abbasov, Rafael Santos, Murad Musayev, Dodo, Qismət Alıyev, Aleksey Qay, Samir Zərgərov, Asif Məmmədov, Rəşad Sadiqov, Emin Zamanov.

Qarşılaşmaya fəal başlayan “Qəbələ” 12-ci dəqiqədə hesabı açıb. Aleksey Qay fərqlənib. 3 dəqiqə sonra Asif Məmmədov fərqi artırıb. “Qəbələ”nin fəallığı ilk hissənin ortalarında bəhrəsini verib. 25-ci dəqiqədə 3-cü qola imza atan Dodo 1 dəqiqə keçmiş dublunu rəsmiləşdirib. Fasilədə Andrey Popoviç Dmitri Bezotosnını, Roman Hüseynov Emin Zamanovu əvəzləyib. İkinci hissə “qırmızı-qaralar”ın qolu ilə başlayıb. 48-ci dəqiqədə Samir Zərgərov türkiyəliləri məyus edib. 57-ci dəqiqədə yarımmüdafiəçi dublunu rəsmiləşdirib. 9 dəqiqə sonra Rəşad Sadiqov hesabı 7:0-a çatdırıb. İkinci hissənin ortalarında diqqət mərkəzinə düşən Qismət Alıyev əvvəl 68, ardınca 69-cu dəqiqədə qol sevinci yaşayıb. Bundan 8 dəqiqə sonra het-trik müəllifi olan Zərgərov matçda son nöqtəni qoyub - 10:0. Beləliklə, “Qəbələ” 2015/16 mövsümünün hazırlığının ilk mərhələsini 10:0 hesablı qələbə ilə başa vurub. Qonşu ölkədə 2-ci oyununu keçirən komanda sabah səhər məşqindən sonra vətənə qayıdacaq. 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30