18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Neftçi”də təcili toplandı: FİFA-dan gələn cəza ilə bağlı araşdırma başlandı

“Neftçi”də Müşahidə Şurasının iclası keçirilib. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı klubun rəsmi saytında yer alan xəbərdə deyilir:

- “Neftçi” PFK-nın keçmiş futbolçusu, Belçika vətəndaşı Emil Mpenza 2012-ci il yanvar ayında keçirilmiş təlim-məşq toplantısı zamanı komandanın düşərgəsindən ayrıldıqdan sonra klubumuz, həmçinin futbolçu tərəfindən FİFA-ya qarşılıqlı şikayətlər olunub. FİFA-nın problemli məsələlərin həlli komissiyası 2012-ci ildən etibarən məsələni araşdırmağa başlayıb və bu müddətdə davam etmiş məhkəmə prosesinin nəticəsi kimi 2015-ci ilin yanvar ayında qərar çıxarılıb. Qərarda deyilir:

1. “Neftçi” PFK-nın iddiası qəbul edilməmişdir.

2. Emil Lokonda Mpenzanın əks iddiası qismən qəbul olunmuşdur.

3. “Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində  Emil Lokonda Mpenzaya 80000 (səksən min) ABŞ dolları, eləcə də 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, məbləğində qalıq əmək haqqını ödəməlidir.

4. “Neftçi” PFK bu qərarın bildirişini aldıqdan sonra 30 gün ərzində  müqavilənin pozulmasına görə Emil Lokonda Mpenzaya 687500 (altı yüz səksən yeddi min beş yüz) ABŞ dolları məbləğində təzminatı, həmçinin üstəlik 5% illik - 30 mart 2012-ci il tarixdən ödənişin həyata keçirildiyi tarixədək, ödəməlidir.

5. Qeyd olunan məbləğlər təyin olunan müddət ərzində “Neftçi” PFK tərəfindən Emil Lokonda Mpenza ödənilmədiyi təqdirdə, hazırkı məsələ, tələb olunduqdan sonra, nəzərdən keçirilməsi və formal qərarın verilməsi üçün FİFA-nın İntizam Komitəsinə təqdim olunacaq.

6. Emil Lokonda Mpenza tərəfindən əlavə iddia qəbul edilməyəcəkdir.

7. Emil Lokonda Mpenza dərhal “Neftçi” PFK-nı ödənişin həyata keçiriləcəyi bank hesabı haqda məlumatladırmalı və aldığı hər ödəniş haqda FİFA-nın Mübahisəli Məsələlərin Həlli Şurasına xəbər verməlidir

Futbolçuların Statusu Komitəsi və Mübahisəli Məsələlərin Həlli Şürasının Prosedur Qaydalarının 15 və 18-ci bəndlərinə uyğun olaraq, “Neftçi” PFK qərarın səbəblərinin açıqlanması üçün dərhal FİFA-ya müraciət edib. Müraciətimizə 15 iyun 2015-ci il tarixdə cavab gəlib. Qərarın səbəbləri FİFA-nın klubumuza ünvanladığı 18 səhifəlik cavabda öz əksini tapıb.

Bununla əlaqədar olaraq klubdaxilində araşdırmalara başlanılıb və bu gün “Neftçi” PFK-nın müşahidə Şurasının iclası təyin edilib. Müşahidə şurasının sədri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri Sadıq Sadıqov, Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov və Bəhram Bağırzadə, həmçinin icraçı-direktor Elnur Məmmədov iştirak edib. Müzakirələrə əsasən qısa müddətdə sənədlərin hazırlanmasına və məsələyə yenidən baxılması üçün Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edilməsi haqqında qərar qəbul edilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30