19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Qəbələ"dən növbəti transfer

2015/16 mövsümünün hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Andrey Popoviç, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Asif Məmmədov, Samir Zərgərov və Vitali Vernidubu heyətinə qatan “qırmızı-qaralar” daha bir legioner transferini reallaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, komanda Estoniya milli komandasının futbolçusu Sergey Zenyovla 2 illik müqavilə imzalayıb. 26 yaşlı hücumçu "Qəbələ" ilə münasibətlərini Ərzurumda rəsmiləşdirib. Estoniyalı legionerin son klubu Rusiyanın “Torpedo” (Moskva) komandası olub. O, 2015-ci ilin əvvəlində bu kluba keçib. Vətənində “Pyarnu” (2006) və TFMK (2006-08) klublarında çıxış edən Zenyov 2008-ci ildən legioner həyatı yaşayır. 2008-14-cü illərdə Ukraynanın “Karpatı” klubunun şərəfini qoruyan hücumçu ötən il İngiltərənin “Blekpul” komandasında çıxış edib. 2008-ci ilə qədər U-21-in üzvü olan Sergey 7 ildir Estoniyanın əsas yığmasının şərəfini qoruyur. O, millidə 45 oyunda 11 qol vurub. AVRO-2016-nın seçmə mərhələsinin iyunun 14-də baş tutan son qarşılaşmasında dubla imza atan hücumçu San-Marino üzərində qələbədə (2:0) əsas pay sahibi olub.

"Qəbələ"yə keçidindən sonra Zenyov ilkin təəssüratlarını gabalafc.az-la bölüşüb: "Qəbələ"yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdir. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq. Hədəfləri olan komandada çıxış etmək hər futbolçunun arzusudur. Mən də "Qəbələ"yə keçdiyimə görə məmnunam. "Qəbələ" haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığımız futbolçular var. Bu mənada Qayı, Vernidubu, Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə "Karpatı"nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdır”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30