29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Çatışmazlıqlar olub, var, olacaq"

 

“Mövsümün bitməsi münasibəti ilə hamını təbrik edirəm. Gərgin və maraqlı mövsüm oldu, maraqlı oyunlar izlədik. Son matç olduğu üçün futbolçuların fikirləri oyunda deyildi. Buna baxmayaraq, komandanı bu oyuna hazırlaya bildik". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Simurq"la oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Təcrübəli mütəxəssis bərabərliyin ədalətli nəticə olduğunu qeyd edib: "Əsas odur ki, futbolçularda zədə olmadı. Qalib gəlmək istəyirdik, oyun üslubumuzdan əl çəkmədik. Oyunda qol imkanları bol olmasa da, hər iki komandanın düşünülmüş hücumlar var idi. Fikrimcə, bərabərlik ədalətli nəticədir. Oyunumuzda çatışmazlıqlar olub, var, olacaq. Bu, futboldur. Növbəti 15 gündə transferlərlə məşğul olacağıq. KİV nümayəndələrinə də təşəkkürümü bildirirəm, bizimlə mövsüm boyu birgə olduqları üçün. Yaxşı cəhətlərimizi də, pis cəhətlərimizi də yazdılar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31