19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Robert Prosineçki: “Bu gün uduzmaq olmazdı”

"Komandamı yaxşı oyun münasibətilə təbrik edirəm. Bilirdik ki, bizi çətin oyun gözləyir. Norveç güclü komandadı". Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.

Milli komandamız AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində bu gün səfərdə Norveç yığması ilə qarşılaşıb. Qolsuz bərabərliklə nəticələnən matçdan sonra Prosineçki mətbuat konfransı keçirib. Xorvatiyalı çalışdırıcı nəticədən və komandasının oyunundan razı qaldığını bildirib: "Mənim komandam əlindən gələni etdi. Oyunun gedişində bəzən üstünlük bizim tərəfimizdə oldu. Rəqib uzun ötürmələrlə hündürboylu futbolçulardan istifadə etmək istəyirdik. Bu gün biz yaxşı oyun və mübarizə ilə 1 xal qazandıq. Məncə, ədalətli nəticə idi".

Prosineçki qeyd edib ki, yığmamız bu gün uduzmamağa borclu idi: "Bu gün Azərbaycanda vacib gündü. İlk Avropa Oyunlarının açılış mərasimi idi. Bilirdik ki, Azərbaycan tarixində böyük gündü. Açılışdan sonra bütün ölkə bizə baxacaqdı. Bu gün uduzmaq olmazdı. Buna görə də, oyundan qabaq komandaya təzyiq var idi".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30