25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rauf Əliyev: “Klubların çoxunun maliyyə problemi var, yaxşısı xaricə getməkdi”

“Neftçi”nin sabiq hücumçusu Rauf Əliyev Futbolxeber.az saytına müsahibə verib.

- Ölkə mətbuatında “Kəpəz”ə transfer olunacağın haqda xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Belə xəbər yayılması haqda məlumatım var. Lakin yayılan xəbər yalandı. “Kəpəz”ə keçmirəm. Belə bir söhbət yoxdu.

- Ümumiyyətlə, “Kəpəz” rəsmiləri ilə aranızda hansısa danışıq olub?

- Bu klubdan heç bir təklif almamışam.

- Şahin Diniyevlə də hər hansı müzakirə aparmamısan?

- Yox. Şahin bəylə nə görüşümüz, nə də telefon danışığımız olub.

- “Kəpəz” məsələsini kənara qoyaq. Karyeranla bağlı nə yenilik var?

- Hələ ki, heç bir yenilik yoxdur. Müəyyən danışıqlar gedir. Lakin ortada konkret heç nə yoxdur. Sadəcə, söhbətlət var. Ona görə də indidən heç nə deyə bilmərəm.

- Danışıq apardığın klubun adını açıqlamaq istəmirsən?

- Dediyim kimi, ortada konkret heç nə yoxdur. Hansısa yenilik olsa, bu haqda məlumatınız olacaq.

- Yerli klubla danışıq aparırsan, ya əcnəbi?

- Yerli klublardan heç biri ilə danışıq aparmıram.

- Əksər azərbaycanlı futbolçular Türkiyə PTT liqasına yollanırlar. Sən də həmin yolla gedəcəksən?

- Türkiyə də ola bilər, başqa ölkə də. Bundan artıq heç nə deyə bilmərəm.

- Qeyd etdin ki, yerli klubların heç biri ilə danışıq aparmırsan. Azərbaycan klubları nə üçün Rauf Əliyevə maraq göstərmilər?

- 1-2 klubu çıxmaqla klubların çoxunun ciddi maliyyə problemləri var. Ona görə də yaxşısı xaricə getməkdi.

- Hər şey pula bağlıdır?

- Söhbət puldan getmir. İndiyə kimi heç vaxt ölkə xaricində oynamamışam. İndi özümü sınamaq istəyirəm,

- Çıxış edəcəyin klubun adı nə vaxt bilinəcək?

- Dəqiq vaxt söyləmək çətindir.

- Yəni, tələsmirsən?

- Hə, tələsməyə ehtiyac yoxdu. Vaxt çoxdu hələ.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30