29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Ən azı Sadıq Sadıqov kimi futbolçularını dəstəkləsinlər, sonra ona pis desinlər”

“Neftçi”nin sabiq üzvü, hazırda klubsuz olan Mirhüseyn Seyidov Futbolxeber.az saytına müsahibə verib.

- Son günlər adın bir çox klubla yanaşı çəkilir. Konkret danışıq apardığın komanda var?

- Türkiyədən zəng etmişdilər. Amma ad açıqlamadılar. Məndən 10 gün vaxt istədilər. Vaxt tamam olanda klubun adını deyəcəklər. Ölkə daxilində AZAL-dan təklif almışam. Tərlan Əhmədov zəng vurmuşdu, telefon danışığımız oldu. Eləcə də “İnter”lə danışığımız olub. Hazırda variantları götür-qoy edirəm. Yəqin ki, 1 həftəyə qərar qəbul edəcəyəm. Azərbaycanda qalsam, böyük ehtimalla “İnter”ə keçəcəyəm. Çünki bu komanda Avroliqada oynayır. Hazırda pulu düşünmürəm. “İnter”lə yəqin ki, 6 aylıq, ya da 1 illik müqavilə imzalayacağam.

- Türkiyədə səninlə maraqlanan klub Superliqa, yoxsa I liqa təmsilçisidir?

- Çox güman ki, I liqadır. Amma mən onlara da dedim ki, pul önəmli deyil. Əsas odur ki, Superliqa olsun. I liqada daha artıq pul versələr belə, Superliqada oynamaq istəyirəm.

- Bir ara “Zirə”yə keçəcəyin haqda xəbərlər yayılmışdı.

- Həmin xəbərləri mən də internetdən oxudum. Amma “Zirə”də oynayacağım yalandır. Düzdür, təklif var idi, danışığımız olub. Demirəm ki, heç vaxt “Zirə”də oynamaram. Həyatdı, hər şey mümkündür. Amma hazırda daha çox “İnter”də çıxış etməyə yaxınam. Əsas məqam da komandanın Avroliqaya yollanmasıdır.

- Son zamanlar “İnter”də yaşanan maliyyə problemləri səni narahat etmir?

- Pula qalsa, başqa variantlar da var. Məni pul düşündürmür. “İnter” Avroliqada oynayacaq. 1 il yaxşı qazanmaya bilərsən, amma elə olar ki, növbəti il daha artığını əldə edərsən. Məqsədim yaxşı məşqçinin rəbərliyi altında futbol oynamaqdır. Avroliqada “İnter”in uğuru üçün əlimdən gələni edəcəyəm. Demirəm ki, qrup mərhələsinə düşəcəyik. Yenə də komanda uğur qazanmaq üçün çalışacaq.

- “Neftçi”dən ayrılmağından bir müddət keçib. Mirhüseyn Seyidov bilir ki, komandadan niyə göndərildi?

- Yox. 100 faizlik səbəb deyə bilmərəm. Hərdən bir fikir səsləndirdilər. Futbola görə məni heç kim klubdan uzaqlaşdırmayıb. Dedilər ki, məşqçi tam gücümü qoymadığımı iddia edir. Sonra məşqçinin özünü də komandadan göndərdilər. Gedişim mənə də qaranlıq qaldı. Heç nə demirəm. Olanları hər kəsin vicdanına buraxıram. Kim nə edibsə, əvvəl-axır ortaya çıxacaq.

- Belə fikirlər səslənir ki, Sadıq Sadıqovun adamı olduğun üçün komandadan uzaqlaşdırılmısan....

- Sadıq Sadıqovla yaxınlığım var. Amma mən də demişəm, özü də həmişə söyləyib ki, biz “Neftçi”də tanış olmuşuq. Kimsə arxamca bəlkə bunu səbəb göstərir. Lakin özümə bu haqda heç nə deyən olmayıb. Məni bu səbəbdən komandadan çıxarıblarsa... Mənə heç kim belə söz deməyib, deyə də bilməz. Sadıq Sadıqovı prezidentlikdən niyə çıxarıblar? Təbii ki, bu, nəticəyə görə deyil. Ən azı Sadıq Sadıqov kimi futbolçularını dəstəkləsinlər, sonra ona pis desinlər. Deyə də bilməzlər. “Neftçi”nin qazandığı son uğurların başında Sadıq Sadıqov dayanırdı. Bir daha təkrar edirəm - özümə bu barədə söz deyilməyib, deyə də bilməzlər. Elə söz desəydilər, dərhal cavablarını verərdim.

- İndidən demək olar ki, Azərbaycanda qalsan növbəti mövsümdə “Neftçi”yə qarşı oyunlar sənin üçün prinsipial əhəmiyyət daşıyacaq?

- Xüsusi motivsiya olacaq. Amma oyun baxımından. “Neftçi” mənə düşmən klub deyil. Orada elə insanlar var ki, bu gün də münasibətimiz var. “Neftçi” heç vaxt mənə düşmən ola bilməz. Ən azından 7 il oranın çörəyini yemişəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31