18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” Qırğızıstan klubunu darmadağın etdi

“Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 2-ci oyununu keçirib. Futbolxeber.az-ın məlumatına görə, “Qırmızı-qaralar” Almatı şəhərinin yığması ilə qarşılaşıb. İlk oyunda “Kayrat”ı böyükhesabla məğlub edən (4:1) Famil Xəlilovun yetirmələri bu dəfə də meydandan 3 xalla ayrılıblar. “Qəbələ” bu qarşılaşmada da böyük hesabla qalib gəlib. 5 cavabsız qol vuran komandada Elvin İmanlı het-trikə imza atıb. Digər qolları isə Cavidan Qasımlı və İlkin Abdullayev vurublar. İlk iki oyunda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” turnirdə son oyununu iyunun 8-də Qırğızıstanın “Abdış-Ata” komandasına qarşı keçirəcək. Bu matç saat 10:00-da başlayacaq.


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30