28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Aslan Şəhgəldiyev: “Əvvəlki finallarda da kubokun göydən yerə endirilməsini istəsək də...”

“Bizim kollektivdə iş ümumi görülür. Finaldan öncəki mərasimin ssenarisi də ortaq fikir idi. Görülən işdə hamının əziyyəti var”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Peşəkar Futbol Liqasının (PFL) İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi qeyd edib ki, finaldan öncə kubokun stadiona göydən endirilməsini daha əvvəl də təşkil etmək istəyiblər: “Bu dəfə də finaldan öncə çalışdıq fərqli bir şey edək. Əvvəlki finalları da PFL yüksək səviyyədə təşkil edib. Kubokun göydən yerə endirilməsini daha öncə də həyata keçirmək istəyirdik. Lakin Bakıdakı stadionlarda bunu reallaşdırmaq alınmırdı. Paytaxtdakı arenalarda bunu cəhd etsəydik, risk etmiş olacağdıq. Finaldan bir neçə gün öncə Ramin müəllim (PFL prezidenti Ramin Musayev nəzərdə tutulur-red.) dedi ki, bəlkə bu dəfə kuboku göydən yerə endirək? Sonra düşündük ki, Balakəndə Hərbi Səfərbərlik idarəsinin təyyarəsi var. Onlara müracitə etdik. Sağ olsunlar, təklifimizi geri çevirmədilər. Sonuncu dəfə “Qarabağ” və “Neftçi” finalda 19 il əvvəl qarşılaşıb. Biz də qərara gəldik ki, 1996-cı ildə dünyaya gəlmiş “Qarabağ” və “Neftçi”nin bir futbolçusunu filmə alaq. Onların həyat hekayəsi çəkildi. Filmdən dərhal sonra isə canlı həyata keçdik. Kubok paraşütlə stadiona endi və həmin 2 futbolçu kuboku ondan aldılar. Hesab edirəm ki, hər şey normal alındı”.

Aslan Şahgəldiyev təvazökarlıq edib, “hər şey normal alındı” desə də, fakt budur ki, təşkilatçılıq möhtəşəm idi.

Sonda Şahgəldiyev oyuna olan marağı da qeyd edib: “Özüm də hər şeyin bu qədər gözəl alınacağını gözləmirdim. Hər şey dəqiqəliyi ilə baş tutdu. Aparıcı belə qeyd etdi ki, hətta Eurovisionda belə, bu qədər dəqiqlik olmur. Film bitən kimi kubok dərhal yerə endi. Oyuna maraq da çox yüksək səviyyədə idi. Mənim özümə də təəccüblü gəldi ki, təkcə Qəbələdən yox, Ağsudan, İsmayıllıdan və digər yerlərdən insanlar finalı izləmək üçün stadiona toplaşmışdılar. Anşlaq oldu. Hətta pilləkənlarda oturanlar da var idi”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31