26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ramin Musayev: “İbrahimoviç oyuna baxmaq istəsə, pulunu verib stadiona girər”

“Bu, tarixi bir oyun idi. Bizi 19 il keçmişə qaytardı”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

“Neftçi” və “Qarabağ” veteranları arasında Qəbələdə keçirilən şou xarakterli matçdan sonra jurnalistlərin suallarını cavablandıran PFL rəhbəri “Neftçi”yə azarkeşlik etdiyini etiraf edib: “Bir nəfər istsna olmaqla, 1996-cı ildə “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş oyunçuların hamısı burda idi. Onları yenidən meydançada gördüyümüz üçün şadıq. Bu oyunu veteran futbolçulara hörmət əlaməti kimi təşkil etdik. Belə bir görüşün təşkil edilməsini AFFA prezidenti Rövnəq Abdulllayev təklif etmişdi. Bu qarşılaşma ilə bağlı hələ sabah da bir sürprizimiz olacaq. O ki qaldı oyuna, bu gün azad idik. Ona görə də etiraf edirəm ki, “Neftçi”yə azarkeşlik edirdim. Bəzi oyunçuların çıxışından razı qalmadım (gülür). Elə hakimdən də narazı qaldım (yenidən gülür). Baş hakim matçı 5 dəqiqə uzatdı. Belə hakimlik olmaz”.

Ramin Musayev “Qəbələ” klubuna minnətdarlıq etməyi də unutmayıb: “Qəbələ” klubunun rəhbərliyinə, işçilərinə, həmçinin, Qəbələ Rayon İcra Hakiminə xüsusi minnətdarlığımı bildirirəm. Təşkilatçılıqla bağlı onlardan heç vaxt “yox” sözünü eşitməmişik. Sabahkı kubok oyunu ilə bağlı təşkilatçılıq məsələsində də  bizdən çox onlar əziyyət çəkirlər. Bütün işlərimiz plan üzrə gedir. İnşallah, sabah da hər şey ürəyimizcə olar”.

Sabah Qəbələdə “Neftçi” və “Qarabağ”ın iştirakı ilə Azərbaycan Kubokunun final qarşılaşması keçiriləcək. Ramin Musayev oyun öncəsi təhlükəsizliyin yüksək səviyyədə olduğunu vurğulayıb: “Hər iki komanda Avropa Liqasının qrupunda iştirak etmiş  klubdu. Hər ikisi özümüzünkülərdi. Güclü olan qalib gəlsin. Azarkeşlərdən yalnız onlara dəstək gözləyirik. Təhlükəsizliklə bağlı heç bir problem yoxdu, olacağına da inanmıram. Mən bu günkü oyunun təhlükəsizliyindən qorxurdum, yaxşı qurtardıq (gülür).

Zlatan İbrahimoviçin ölkəmizdə səfərdə olmasına da münasibət bildirən PFL prezidenti bunun onlarla bir əlaqəsi olmadığını deyib: “İbrahimoviç burdadı? Mənim heç nədən xəbərim yoxdu. Oyuna baxmaq istəsə, pulunu verib stadiona girər. Biletin qiyməti 5 manatdı”.

Mənbə: apasport.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30