25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurban Qurbanov: “Ən çətin oyunlarımız "Neftçi"yə qarşı olub”

"İnanıram ki, maraqlı oyunun şahidi olacağıq. Belə həlledici oyunun gedişatında dəyişiklik ola bilər. Hər iki komanda istəklidir. Çalışacağıq yaxşı oyun nümayiş etdirək. Amma bir komanda meydanı qalib tərk edəcək. İstərdik ki, qalib biz olaq". Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun finalında "Neftçi" ilə oyun öncəsi jurnalistlərə deyib.

- Sabahkı oyun üçün heyəti müəyyənləşdirmisiniz?

- Bəli, müəyyənləşdirmişəm.

- "Neftçi"dən Flavinyo zədə səbəbindən meydana çıxmayacaq. Bunun sizin oyun taktikanıza təsiri olacaqmı?

 – Xeyr, heç bir taktiki dəyişiklik etməyəcəyik. "Neftçi"nin son oyunlarını izləmişəm. Rəqibin sürətli futbolçuları var. Flavinyo yaxşı oyunçudur və hər zaman da bizə problemlər yaradıb. Əsas məqsədimiz sabah azarkeşlər üçün baxımlı oyunun olmasıdır.

- Penaltilər üzərində işləmisinizmi?

- Bir dəfə hazırlaşmışıq. Amma çox nadir hallarda biz penaltilər üzərində işləyirik. Çünki  penalti üzərində işləmək hansısa futbolçuya ümid verə bilər. Bu da sonluqda problemə çevrilə bilər.

- Çempionatın zəif keçməsi “Qarabağ”a necə təsir edəcək?

- Çempion olduğumuz hər iki mövsüm çətin keçib. Sadəcə, yanvardan sonra heyətdə futbolçuların az olması bizə problem yaratdı. Məncə, dekabra qədərki dövr bizim üçün daha ağır keçdi. Bəzən istədiyimiz oyunu göstərə bilmədik. Amma mübarizə gərgin keçdi. Futbolçular daha istəkli mübarizə apardılar. Avrokuboka hazırlıq isə tam fərqli olur.  Çalışacağıq ki, avrokuboklarda hər hansı çətinliyimiz hiss olunmasın.

- Muarem Muaremin "Eskişehirspor"la razılığa gəldiyi xəbərləri yayılıb.

- Müqaviləsi bitən futbolçuların heç biri ilə danışıqlarımız olmayıb. Hələlik bu məsələni kənara qoymuşuq.  Bu matçdan sonra kimin komandada qalıb-qalmayacağı barədə məlumat verəcəyik.

- Sizcə, “Neftçi” son 7 oyunda bilərəkdən zəif çıxış edə bilərmi? Bununla bağlı “Qarabağ”da arxayınlıq yaranıbmı?

- Rəqib haqda tam məlumatlı deyiləm. "Neftçi"  mənim üçün son saniyələrə kimi qaranlıq komanda olacaq. Düzdür, onlara son matçlarda qalib gəlmişik. Ancaq buna baxmayaraq, ən çətin oyunlarımız "Neftçi"yə qarşı olub. Rəqib Flavinyo istisna olmaqla, tam optimal heyətlə meydana çıxacaq. "Neftçi"nin əksər futbolçusu yaxşı formadadır və onlar sabahkı matçı səbirsizliklə gözləyirlər. Neftçi” belə oyunlardan daha çox qalib ayrılıb.  Ona görə də bizi sabah çətin oyun gözləyir.

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30