26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

AFFA-nın baş katibi: “Platini bizə demədi ki, Blatterin əleyhinə səs verin”a

Baş katib Elxan Məmmədov FİFA prezidentliyinə seçkilərdə AFFA-nın hansı namizədi dəstəklədiyini açıqlamaq istəməyib. Futbolxeber.az-ın məlumatına görə, jurnalistlərə müsahibə verən Məmmədov bu barədə verilən 3 sualın heç birinə hansı namizədi dəstəkləmələri barədə konkret cavab verməyib: “Bu dəfəki seçki gərgin keçdi. Çünki 4 il əvvəllə müqayisədə ilk mərhələdə namizədlərin sayı çox idi. Sonda yalnız 2 namizəd qalmışdı. Yekunda da Blatter qələbə qazandı.

AFFA rəhbərliyi seçkidə futbolun inkişafına səs verib. Elə ölkələr var ki, onlar hansısa namizədə rəsmi dəstək göstəriblər. Buna görə də onlar dəstəklədikləri namizədin adını açıqalyırlar. Biz futbolun inkişafına dəstək verdik. AFFA həm UEFA-nın, həm də FİFA-nın üzvüdür. Öz fikrimiz, öz qərarımız var. Platini biz də daxil olmaqla UEFA nümayəndələri ilə görüşdə heç kimdən xahiş etmədi ki, Blatterin əleyhinə səs verin”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30