25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Vüsal Əliyev - altıncı dəfə "Rəvan"ın oyununda

 

Premyer Liqanın sonuncu - 32-ci turunda "Rəvan” səfərdə "Xəzər Lənkəran”la üz-üzə gələcək. Futbolxeber.az-ın məlumatına görə, mayın 20-də keçiriləcək oyunu idarə edəcək hakimlərin adları artıq açıqlanıb. Görüşü Vüsal Əliyevin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək. Ona Ramiz Əsədovla Azər Əsgərov yardım edəcək. Tahir Əhmədov isə ehtiyat hakim funksiyasını daşıyacaq.
Lənkəran şəhər stadionunda keçiriləcək oyunda fit çalmaqla Vüsal Əliyev cari mövsüm Premyer Liqada 5-ci dəfə "Rəvan”ın iştirakı ilə keçirilən oyunda ədaləti qoruyacaq. O, bu göstəricidə lider olan Əliyar Ağayevə çatacaq. Maraqlıdır ki, Əliyevin "Rəvan"la yolları kəsişdiyi ardıcıl 4-cü halda komanda səfərdə oynayacağıq. Digər tərəfdən, mövsümün 2012-ci ilə təsadüf edən ilkin mərhələsində də Lənkəranda baş tutan oyunu Vüsal idarə etmişdi. Ümumiyyətlə, Premyer Liqada çıxış etdiyi 2 mövsümdə "Rəvan"ın yolları Vüsal Əliyevlə 5 dəfə kəsişib. 2 halda "Rəvan" qələbə qazanıbsa, 2 dəfə də uduzub. Yalnız 1 oyun heç-heçə başa çatıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30