19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Kim yalan danışır: Nurlan Novruzov, yoxsa “Hammarbü” rəsmisi?

İsveçin "Hammarbü" klubunun idman direktoru Mars Jingblad ötən gün "Bakı"nın futbolçusu Nurlan Novruzovu transfer edəcəkləri ilə bağlı yayılan iddialara münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə,, birmənalı olaraq gənc hücumçu ilə maraqlanmadıqları bildirib: “Mən Nurlan Novruzov adda futbolçu tanımıram".

Maraqlıdır ki, Jingbladın bu açıqlamanı verməsindən az əvvəl Nurlan Novruzov növbəti dəfə “Hammarbü”dən təklif aldığını bildirib. Futbolxeber.az saytına müsahibəsində 22 yaşlı futbolçunun danışığından belə düşünmək olardı ki, onun bir ayağı artıq İsveçdədir: “Yerli klublardan təklif gələndə təşəkkürüm bildirirəm. 22 yaşım var. Ən böyük arzum xaricdə oynamaqdı. İsveçin “Hammarbü” klubu xidmətimdə maraqlıdır. Orada maaş çox az olacaq. “Bakı” köməklik göstərə, keçidim alınacaq. Mənə dedilər ki, az bir məbləğ ödənilsə də, özünü yoxla. Mən də İsveçə yollanıb, özümü yoxlayacağam”.

Novruzov hətta İsveçdə özünü göstərəcəyinə də əmindir: “Hər şey özümdən asılıdır. Özümə inanıram. Dil məsəli də mənimçün problem deyil. Futbolun dili birdi. İndi evlənmək haqda düşünmürəm. Uşaqda da deyiləm ki, gedib orda ev üçün darıxam”.

Göründüyü kimi, Novruzov İsveç klubuna keçməyə yaxın olduğunu deyir, maaş, dil, özünəinam məsələsindən danışır. Futbolçunun xidmətində maraqlı olduğunu dediyi klubun idman direktoru isə “Nurlan Novruzov” adda futbolçu tanımadığını söyləyir. Görəsən, kim yalan danışır?..




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30