19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Əhməd Ələsgərovun anım tədbiri keçirilib

Bu gün AFFA-nın inzibati binasında əməkdar məçqçi Əhməd Ələsgərovun anım tədbiri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə ölkə futbol ictimaiyyətinin nümayəndələri, futbol veteranları və mətbuat təmsilçiləri iştirak edib.

Əvvəlcə Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək Rüstəm Rəhimovla birgə AFFA tərəfindən Ukraynaya ezam olunmaları və Əhməd Ələsgərovun dəfn mərasimində iştirak etmələri barədə danışıb, mərhumun ailəsinin göstərilən diqqətə görə Azərbaycan futbol ictimaiyyətinə təşəkkür etdiyini deyib.

Futbol veteranları Çingiz İsmayılov, Fuad Tağızadə, Bəşir Əliyev, Rüstəm Rəhimov, İskəndər Cavadov, Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nağı Babayev və Vaqif Sadıqov çıxış edərək Əhməd Ələsgərovla bağlı xatirələrini bölüşüb, Azərbaycan futbolunun inkişafındakı əvəzsiz xidmətlərini qeyd edib, onun parlaq xatirəsinin futbolsevərlərin qəlbində daim yaşayacağını deyiblər.

Tədbir iştirakçıları Əhməd Ələsgərovun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30