24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Şahin Diniyevin “Kəpəz”dəki köməkçiləri bəlli oldu

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz" klubunun yeni baş məşqçisi təyin olunan Şahin Diniyevin köməkçiləri müəyyənləşib. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, 49 yaşlı çalışdırıcı yeni işinə yeni heyətlə başlayacaq.

 Diniyevin əsas köməkçisi Məşqçilər Komitəsində onunla birgə çalışan Şakir Qəribov olacaq. Hər iki mütəxəssisin "Kəpəz"lə eyni anda Məşqçilər Komitəsində də çalışıb-çalışmayacağına federasiya rəhbərliyi qərar verəcək. Qəribovla yanaşı, Xaliq Mərdanov və Füzuli Allahverdiyev də Diniyevin köməkçisi funksiyasını yerinə yetirəcəklər.

Məlumatı Şahin Diniyev özü də təsdiqləyib. O bildirib ki, yalnız qapıçılarla işləyəcək məşqçinin kimliyinə aydınlıq gəlməyib: "Bəli, "Kəpəz"də mənimlə birgə Şakir Qəribov, Xaliq Mərdanov və Füzuli Allahverdiyev çalışacaqlar. Yalnız qapıçılarla işləyəcək məşqçi dəqiqləşməyib. Onun adına isə yaxın 1 həftə ərzində aydınlıq gələcək".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30