29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Daniel Subotiç və Ruslan Abışov da “Neftçi”yə keçə bilər

Mövsüm başa çatan kimi heyətlə bağlı ciddi islahatlar aparmağa qərar verən “Neftçi” bir neçə futbolçu ilə danışıq aparır. Futbolxeber.az-ın apasport.az-a istinadən verdiyi məlumata görə, idman direktoru Vəli Qasımovu Almaniyaya göndərən “ağ-qaralar” daxili “bazar”dan da oyunçular almaq istəyir.

Ruslan Abışov, Derlis Meza Kolli, Vüqar Mustafayev və Məhəmməd Qurbanovla danışıq aparan paytaxt klubu daha 2 futbolçuya “elçi düşüb”. Bunlar “İnter”in digər üzvü, Derlisin qardaşı Sezar Meza Kolli və “Qəbələ”nin keçmiş hücumçusu, hazırda karyerasını Küveytin “Qadsia” klubunda davam etdirən Daniel Subotiçdi.

Baş məşqçi Arif Əsədov rəhbərliklə söhbətində bu futbolçuların alınacağı halda, növbəti mövsümdə komandanın çempionluğa oynaya biləcəyini deyib.

“Neftçi”yə keçmək şansı yüksək olan Ruslan Abışov və Derlis Meza Kollidən fərqli, Sezar Meza Kolli və Daniel Subotiçin keçidinin baş tutub-tutmayacağı sual doğurur.

Qeyd edək ki, 3 futbolçu ilə yolları ayıran “Neftçi”nin kubokun final görüşündən sonra daha bir neçə oyunçuya “qapını” göstərəcəyi gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31