29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov: "Qarabağ"da da "Qızıl dubl" etmək istəyirəm"

“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun müsahibəsi

Uzun müddət Azərbaycan Premyer Liqasında turnir cədvəlinin vahid lideri olsanız da, son turlarda çempionluq şansınızı az qala itirəcəkdiniz. Ötən mövsüm də oxşar hadisə baş vermişdi.

- Əslində ötən mövsümə nisbətən bu il biraz çətinliklər oldu. Ola bilər ki,  rəqiblərimizlə aramızda olan xal fərqi bizdə bir az arxayınlıq yaratmışdı. Ona görə də iddialı rəqiblərimiz turnir cədvəlində bizə çox yaxınlaşdılar.  Əsas odur ki,  sonda çempion biz olduq.

- “İnter” Qəbələdə xal itirməsəydi, çempionluğu əlinizdən ala bilərdi? 

- Əgər onlar “Qəbələ”ni məğlub etsəydilər, təbii ki, “İnter”lə son matçımızın nəticəsi belə olmayacaqdı. Fürsətdən istifadə edib “Qəbələ” klubuna da təşəkkür edirik. Çünki həqiqətən yaxşı müarizə apardılar. “İnter” zəif komanda deyil. “Qəbələ” onlarla başa-baş mübarizə apardı. 

- Son matçda komandanız sanki yorğun görünürdü. Bu, nədən irəli gəlirdi?

- Futbolda hər şey ola bilər. Bəzi zədəli futbolçular da komandaya kömək edə bilmirdilər. Əsas odur ki, özümüzdə güc topladıq və çempion olduq. 

- Bu mövsüm “İnter”i məğlub edə bilmədiniz.

- Bəli, aramızdakı oyunların üçündə bərabərlik qeydə alındı. Son matçda isə məğlub olduq. Onlar da beş ildir ki, bizi məğlub etməyin həsrətində idi.

- Ardıcıl iki mövsüm çempion olmaq necə hissdir? 

- Çox gözəl hisslərdir. Amma məncə, ötənilki çempionluq daha şirin idi.

“Qızıl dubl” mümkün olacaq? 

- Mən “Xəzər Lənkaran”da həm çempion olmuşam, həm də Azərbaycan kubokunu qazanmışam. İstəyirəm ki, “Qarabağ”da da bu uğura nail olum. 

- “Neftçi”nin Premyer Liqanın son turlarındakı uğursuz çıxışları sizi aldatmaz ki? 

- Yox, qətiyyən  bizi arxayınlaşdıra bilməz. “Neftçi” güclü komandadır. Ola bilər ki, indi uğursuz çıxış edirlər. Amma kubokun finalında bizimlə başqa cür oynaya  və bizə çətin anlar yaşada bilərlər.

- Sonda bilmək istərdik ki, çempionluğu kimə həsr edirsən?

- Bilirsiniz ki, Binəqədidə baş verən faciə ilə əlaqədar çempionluq bayramı edə bilmədik. Bu çempionluğu da faciə qurbanlarına və Qarabağ köçkünlərinə həsr  edirik. 

Mənbə: qol.az




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31